Nabrana istirahətə gedən ailə qəzaya düşdü

Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.
Anews.az-ın "Report"a istinadən verdiyi məlumata görə, iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
























