• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda toy karvanında avtoxuliqanlıq edənlər tutuldu - FOTO

Bakıda toy karvanında avtoxuliqanlıq edənlər tutuldu - FOTO
08.08.2018 19:14
Bakıda toy karvanında avtoxuliqanlıq edən sürücülər həbs edilib. 

Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. 

Onun sözlərinə görə, Bakı şəhərində avtoxuliqanlıq edərək yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradan sürücülərin davranışı diqqətdə saxlanılır: "Yollarda müşahidə olunan təhlükəli hallar sırasında, xüsusilə toy karvanlarında iştirak edən avtomobillərin manevr və hərəkətləri, hüquqazidd əməlləri "Təhlükəsiz şəhər” informasiya texnologiyalarının imkanlarından yararlanmaqla müəyyən olunur. Avqustun 6-da Binəqədi rayonu ərazisində keçirilən toy karvanına qoşulan bir qrup avtomobil davamlı olaraq, hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə digər avtomobil sürücülərin mülkiyyətinə və piyadaların həyatına real təhlükə yaradıb. "Təhlükəsiz şəhər” kameralarının köməyi ilə qeydə alınan fakt üzrə, dörd avtomobil müəyyən olunmaqla xətanın xüsusatları Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsində araşdırılıb, toplanan matreallar Binəqədi rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1994-cü il təvəllüdlü Bərdə rayonu, Hacıallı kəndində qeydiyyatda olan, iki uşaq atası, taksi fəaliyyəti ilə məşğul olan "VAZ 21-06” markalı, 10 LA 821 dövlət qeydiyyat nişanlı, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan Rəhimli Rəhim Yusif oğlu, 1996-cü il təvəllüdlü Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan, subay, "VAZ 21-06” markalı, 90 MF 936 dövlət qeydiyyatı nişanlı Nəbiyev Vüsal Eldar oğlu və 1989-cu ildə təvəllüdlü Beyləqan rayonunda qeydiyyatda olan, bir uşaq atası, Bakı şəhərində yaşayan, "Daewoo - Gentra” markalı, 99 AM 776 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü Mehdiyev Cəlil Firdövsi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1 –ci maddələri ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barələrində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilib". 

V.Əsədov bildirib ki, həbs edilən şəxslərlə müvəqqəti saxlama təcridxanasında profilaktik söhbətlər aparılıb: "Vurğulanıb ki, kiminsə haqlı olmasının başlıca yolu, qanuna əməl etməkdən keçir. Əgər tərəflərdən biri qanunu pozursa, yol polisi bunu aşkarlayıb məsuliyyətə cəlb edirsə, bu cəmiyyətin gələcəyi, ictimai təhlükəsizilyin etibarlı təminatı ilə bağlı olan məsələdir. Yol-nəqliyyat hadisələrinin baş verməsi hərəkət iştirakçılarının intizamının səviyyəsi ilə bağlıdır.
Törədilən hər bir əmələ görə cəzalanan şəxslər bu əməllərindən peşimançılıq duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu açıq etiraf etməklə sürücüləri yollarda daha həssas və diqqətli olmalarını tövsiyyə ediblər. Onlar sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edib, barələrində verilən qərarın əməllərinə adekvat olduğunu qeyd ediblər".








www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol