• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana gələn ərəblərə XÜSUSİ TƏKLİFLƏR - VIDEO

Azərbaycana gələn ərəblərə XÜSUSİ TƏKLİFLƏR - VIDEO
09.08.2018 12:50
Azərbaycana gələn xarici turistlərin sayı hər il daha da artır və gələn qonaqları növbəti dəfə ölkəyə cəlb etmək üçün bir sıra qaydalara əməl etmək lazımdır. 

Anews.az ARB TV-yə istinadən xəbər verir ki, bir çox hallarda xarici turistlər, elə yerli qonaqlar işbazların göstərdiyi xidmətlərə görə qiymət oyunlarının qurbanı olurlar.

Qeyd edək ki, son illər Qubaya gələn turistlərin sayı artıb. Onlar daha çox Qəçrəş, Xınalıq, və Çənlibel gölü adlanan turizm məkanlarında istirahət etməyə üstünlük verirlər. Amma kilometrlərlə məsafə qət edərək gələn əcnəbilər təbiətdən zövq alsalar da, məyus olduqları məqamlar da az deyil.

Qubanın mərkəzindən təxminən 14 kilometr aralıda yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edirlər. Burada qonaqlara təklif edilən qayıqla gəzinti yerli turistlər üçün 2 manat olduğu halda, xarici turistlər üçün 5 manatdır.

Hələ turist ərəb olarsa, bu qiymət bir nəfər üçün 20 manatadək qalxa bilir. Ekspertlər bildirirlər ki, sahibkarların xarici turistlərə həddindən artıq qiymət oxumaları qanunsuz olmaqla yanaşı, birbaşa onların özlərinə ziyandır.

"Hər bir xidmət obyektində, kafedə, restoranda menyu, kalkulyasiya cədvəli olmalıdır. Demək olar ki, Qubanın əksər ictimai iaşə müəssisələrində ya menyu ya da kalkulyasiya cədvəli yoxdur. Bir çaynik çay 15 manata. Bir şiş kabab 8 manata. Kassa aparatı və ya digər bir ödəniş aparatının olmaması təsüf doğurur”, - deyə turizm eksperti Həzrətqulu Əhmədov bildirib.

Turizm ekspertləri ictimai nəzarət postlarının yaradılmasını təklif edirlər. Restoranlarda menyuların hazırlanmasına və tətbiq edilən qiymətlərə güclü nəzarət edilməlidir ki, Azərbaycan digər turizm ölkələri arasında nüfuzunu artıra bilsin.

Hər halda bu gün 5 manat artıq qazanmaq istəyən sahibkarlar bilməlidir ki, bu gəlirin daimi olması üçün turistləri aldatmaq yolverilməzdir. Xüsusilə də, əcnəbi turistləri. Heç kim bir dəfə aldadıldığı yerə ikinci dəfə üz tutmur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol