• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlılar kimlərlə ailə qurmağa üstünlük verir?

Azərbaycanlılar kimlərlə ailə qurmağa üstünlük verir?
09.08.2018 21:42
Əcnəbi ilə ailə həyatı qurmaq müasir reallıqlar üçün kifayət qədər adi haldır. 

Ölkəmizdə "qohumun ilə evlənməlisən”, "o, azərbaycanlı olmalıdır”, "həyat yoldaşın müsəlman olmalıdır” kimi mental fikirlərin olmasına baxmayaraq, əcnəbi ilə ailə həyatı quran insanlar da var. 

Dövlət Statistika Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki,2018-ci ildə Azərbaycanda 62 900 nikah qeydə alınıb.

Onlardan 2360-ı Azərbaycan vətəndaşları ilə əcnəbilər arasında bağlanıb. Belə ki, 2018-ci il ərzində azərbaycanlı kişilər özlərinə həyat yoldaşı seçərkən əcnəbi qismində daha çox rus qadınlarına üstünlük veriblər – 628 nikah.

Azərbaycanlı qızlar isə bu il kişilərdən fərqli olaraq, daha çox Türkiyə vətəndaşları ilə ailə həyatı qurublar – 341 nikah. Azərbaycanlı kişilər ruslardan sonra Gürcüstan (247) və Ukraynadan (84) olan qızlara üstünlük veriblər. 

Bizim qadınlar isə türk kişilərdən sonra Rusiya (316) və Gürcüstan (205) vətəndaşları ilə nikah bağlayıblar. 

Xatırladaq ki, son illər əcnəbilərlə evlənən həmyerlilərimiz 5-10 faiz təşkil edir. 

2017-ci ildə Azərbaycanda əcnəbilərlə və vətəndaşlığı olmayanlarla 2680 nikah, 149 ayrılıq, 2016-cı ildə 2780 nikah, 211 ayrılıq, 2015-ci ildə isə 1816 nikah və 155 ayrılıq qeydə alınıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol