• $
  • €
  • ₽
  • ₺
  • £

Körpələrə “Topuq testi” tətbiq olunacaq

Körpələrə “Topuq testi” tətbiq olunacaq
10.08.2018 17:32
Dünya səhiyyə sistemində tətbiq edilən "Topuq testi” Azərbaycanda tətbiq olunacaq.

Bunu Oxu.Az-a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib.

Onun sözlərinə görə, yeni doğulan uşaqdan götürüləcək "Topuq testi” üçün avanadlıqlar alınıb:

"Bu, xüsusi skrin proqramdır. Onun tətbiqi üçün müəyyən avadanlıqların olması zəruridir. Artıq həmin avadanlıqlar ölkəyə gətirilib. Bir və bir il yarıma kimi həmin layihə Azərbaycanda tətbiq edilməyə başlanacaq.

Layihə əvvəl pilot şəklində Bakıda həyata keçiriləcək. İlk növbədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq.

Dünya tibb sistemində olan "Topuq testi”nin 2014-2020-ci illəri əhatə edən dövlət proqramına salınması üçün səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən  təlimat verilib. Həmin test dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək”.

Baş pediatr bildirib ki, "Topuq testi” çox maliyyə tələb edir:

"Bu test vasitəsilə bir sıra anadangəlmə irsi xəstəliklərin yeni doğulmuş körpələrdə erkən diaqnostikasına nail olacağıq. Uşaqların orqanizmində metobolik xəstəliklərin törətdiyi zəhərlənmələr baş vermədən tədbir görüləcək.

Bu test metabolik xəstəliklərə yol açan bəzi hormon və ferment əskikliklərini zamanında ortaya çıxarmağa kömək edəcək. Uşaq doğulandan ilk sutka ərzində götürmək olar. Yenidoğulanlarda xəstəliklərin qarşısını almaq üçün effektli analizdir”.

Qeyd edək ki, dünya səhiyyə sistemində "Topuq testi” və ya "tarama testi” adlanan bu test metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün olan rutin testdir. Bu test bir çox ölkələrdə tətbiq olunur. Testlərin nəticəsinə görə xəstəliklərin qarşısı alınır.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol