• $
  • €
  • ₽
  • ₺
  • £

ReAL-dan ilk açıqlama: “Bu bizi tam qane etmir”

ReAL-dan ilk açıqlama: “Bu bizi tam qane etmir”
13.08.2018 13:26
ReAl partiyasının sədri İlqar Məmmədov azadlığa buraxılıb.

Onun azadlığa buraxılması xəbərini ReAl partiyasının icra katibi Natiq Cəfərli Yenicag.az-a təstiqləyib.

Natiq Cəfərli açıqlamasında bildirib ki, İlqar Məmmədov şərti azadlığa buraxılıb:

"Əslində şərti azadlığa buraxılması bizi tam qane etmir. İlqar Məmədov bəraət almalıdır. Biz gözləyirdik ki, İlqar Məmmədov bəraət alsın. Hüquqi çərçivədə bəraət üçün çalışacağıq. Hər halda ailəsinin, dostlarının yanında, ReAl partiyasının başında olacaq. İlqar Məmmədovun azadlıqda olması son illərin ən sevindirici xəbəridir. İlqar Məmmədov özü də, yaxın zamanlarda mətbuat üçün açıqlamalar verəcək”.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Məhkəmə Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmə ilə bağlı qərar verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol