• $
  • €
  • ₽
  • ₺
  • £

İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”

İlqar Məmmədovun xanımı: “Sevincdən qızımla ağlamağa başladıq”
13.08.2018 14:38
REAL Partiyasının sədri İlqar Məmmədov 5 il 6 aydan sonra bu gün azadlığa buraxılıb. 

Unikal.org  xəbər verir ki, İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova musavat.com-a keçirdiyi hisslərlə bağlı bunları deyib:

"İnanın ki, bu xəbərə çox çətinliklə inandım. İlk öncə şok oldum. Sonradan bu xəbərin sevincindən qızımla ağlamağa başladıq. Həmin an qızıma xəbər verdim. Qızım da donub qaldı və tez-tez soruşur ki, bu xəbər doğrudur.Hələ də deyir ki, bəlkə səhv xəbər veriblər. Qarmaqarışıq hisslərlə qarşıladıq. Belə bir xəbərin bizi gözləyəcəyinə inanmırdıq.

Onu da deyim ki, bu məhkəmə Avropa Məhkəməsinə görə oldu. Bu məhkəmənin qərarı var idi ki, proseslər səhv keçirilib. Qərarın ləğv olunması tələbi var idi. Bildiyiniz kimi, Ali Məhkəmənin Plenumunda qərarlar ləğv olundu və iş yenidən Şəki Apellyasiya Məhkəməsinə qaytarıldı. Bu məhkəmə də belə bir qərar verməli idi və doğru da qərarı verdi. Amma tam azad etmədilər. İlqarın il yarım cəzası qalıb, amma iki il şərti cəza veriblər. Bu, çox müəmmalı qərardır. Amma istənilən halda əsası odur ki azadlıqdadır”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol