• $
  • €
  • ₽
  • ₺
  • £

Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR

Lirə təlaş içində, bəs manatı nə gözləyir? - GÖZLƏNİLMƏZ PROQNOZLAR
13.08.2018 17:19
Türkiyə iqtisadiyyatı sürətlə böhran sürüklənir. Odur ki, qardaş ölkəni qarşılaşdığı çətinliklərin yaratdığı problemləri və onun fəsadların dəyərləndirib. Dünən Türk hökümətinə kömək etmək barədə barədə açıqlama verəndən sonra dəyərli facebook izləyicilərindən, eləcə də digər kommunikasıya vasitələrindən xeyli məktublar alıram”.

BAKU.WS xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Qubad İbadoğlu "Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, Türkiyədə lirənin sürətlə dəyər itirməsi başlıca səbəbi maliyyə-kredit və bank siyasətinin düzgün qurulmaması və çevik iqtisadi qərarların gecikdirilməsi ilə bağlıdır.
 

"Əgər rəsmi dəvət alsam, qardaş ölkənin iqtisadiyyatını böhrana doğru gedən yoldan geri qaytarmağa töhfə verə bilərəm. Əks təqdirdə, siyasi bəyanatlar dayandırılmazsa, eləcə də adekvat, təcili və təxirəsalınmaz iqtisadi qərarlar qəbul olunmazsa yaxın 10 gündə Türkiyə iqtisadiyyatı çökə bilər. Türkiyənin zəifləməsi bütövlükdə bölgənin maraqlarına, ayrılıqda isə Azərbaycanın mənafeyinə uyğun deyil”, - deyə ekspert bildirib.

Türkiyədə baş verənlərin Azərbaycana təsirlərini necə qiymətləndirmək olar?

Qubad İbadoğlu məsələ ilə əlaqədar bəzi məsələlərə aydınlıq gətirib:

"Türkiyədə orta təbəqə, bazar iqtisadiyyatı institutları Azərbaycandan güclü, tədiyyə balansının durumu və beynəlxalq valyuta ehtiyatları isə zəifdir. Hər iki ölkədə xarici şoklardan asılılıq güclü olsa da, onlar sadəcə formaca fəqrlənir. Belə ki, dünya bazarında neftin qiymətinin 70 dollar ətrafında sabitləşməsi Azərbaycanın durumunu müvəqqəti olsa da yaxşılaşdırıb və müqavimət gücünü artırıb.


Sonuncu qrup suallar, lirənin dəyərsizləşməsinin böhrana gətirib çıxara biləcəyi ilə əlaqadardır. Bu prosesi güclü küləklə müşaiyət olunan meşə yanğınlarına bənzətmək olar. Bu zaman həm ağaclar sıradan çıxır, həm də yanğına qarşı istifadə olunan resurslar səmərəsizcəsinə tükənir. Türkiyədə lirə böhranı ilk növbədə bankları və yerli istehsal şirkətlərini sıradan çıxaracaq və onların müflisləşməsini şərtləndirəcək. Təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilməzsə, sonrakı mərhələdə böhran iqtisadiyyatın digər sektorlarına - xidmət, ticarət və inşaat bölməsinə - də siyarət edəcək. Belə tədbirləri iqtisadi və siyasi müstəvidə fərqləndrmək lazımdır. İqtisadi tədbirləri isə 3 qrupda təsnifləşdirmək olar”.

Ekspert deyir ki, ilk növbədə 20 faizə çatan inflyasiyanı durdurmaq hədəflənməli və bunun üçün monetar və qeryi monetar amillərdən çevik istifadə edilməli, istehlakçıların gözləntiləri idarə olunmalıdır:

"İnvestorların etimadını və inamını təmin edən siyası bəyanatalar deyil, iqtisadi mexanizmlər işə salınmalıdır. Mərkəzi Bankın gerçək müstəqillik verilməlidir. Mərkəzi Bank ehtiyat normaları, uçot dərəcələri və açıq bazar əməliyyatları ilə çevik tənzimləmə vasitələrindən istifadə etməlidir.

Siyası tədbirlərə gəlincə, 1. ABŞ və Avropa ilə diplomatik gərginlik və ticarət müharibəsi aradan qaldırılmalıdır. 2. Türkiyə beynəlxalq maliyyə kredit təşkilatları ilə danışıqlara başlamalıdır.

Daha detallı təklifləri peşəkarlarla bölüşməyə hazıram”.
www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol