• $
  • €
  • ₽
  • ₺
  • £

Hafiz Hacıyevdən porno saytların bağlanmasına reaksiya

Hafiz Hacıyevdən porno saytların bağlanmasına reaksiya
16.08.2018 12:50
Ötən gündən etibarən Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırılıb.

Yenicag.az-a açıqlama verən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bunun doğru addım olduğunu bildirib.

Partiya sədrinin sözlərinə görə, bu cür saytlar milli mentalitetə ziddir:

"Bəzi saytlar bu gün reketçiliklə məşğuldur. Əxlaqsız, pornoqrafik fikirlər yayırlar. Bu da xalqımızın milli mentalitetinə ziddir. Bu cür saytların bağlanılması zəruridir. Düşünürəm ki, bizim mentalitetimizə, Azərbaycanın dövlətçiliyinə, zərər gətirən saytların fəaliyyət göstərməsi düzgün deyil. Bu cür saytlar müxtəlif yollarla pul qazanmağa çalışırlar. Bu da yolverilməz haldır. Belə əxlaqsızlıq olmaz axı. Onların arxasında kimin durduğu, nəyə xidmət etdikləri bizim üçün bəllidir”.

Məsələ +18 saytlara girişin məhdudlaşdırılması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Belə ki, bu addımı doğru hesab etmir, hətta bunu zarafata salanlar da var. Hafiz Hacıyev isə açıqlamasında bildirib ki, gənclər bu cür əyləncələrdən uzaq olmalıdırlar:

"Gənclər əyləncə axtarırlar. Bu cür əyləncə onlara lazım deyil axı. Çünki gənclərimizin tərbiyəsi pozulur. Onlar dövlətçiliyimizin qorunması üçün çalışmalıdırlar. Bu işlərlə məşğul olmaqdansa, işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün öz fikirlərini "facebook” səhifələrində yazsınlar. Bu işdə fəal olmalıdırlar. Onlar girib nəyəsə baxacaqlar deyə, biz milli mentalitetə zərbə vura bilmərik axı”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol