• $
  • €
  • ₽
  • ₺
  • £

DİM jurnalistlərə müraciət etdi

DİM jurnalistlərə müraciət etdi
16.08.2018 16:51
Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistlərə müraciət edib.

Unikal.org-un məlumatına görə, müraciətdə qeyd olunub ki, DİM kütləvi proseslərin idarə olunmasında İKT-nin imkanlarından istifadə edən qurumlardan biridir.

Bildirilib ki, hər il DİM-in keçirdiyi müxtəlif təyinatlı imtahanlarda təqribən 600 min nəfər iştirak edir: "DİM, həmçinin əhaliyə elektron xidmətlər göstərən ilk təşkilatlardandır. Təkcə bir faktı qeyd etmək istəyirik ki, ötən il ərzində DİM-in göstərdiyi elektron xidmətlərdən 7 milyon 383 min, bu ilin iki rübü ərzində isə 5 milyon 319 min dəfə istifadə edilmişdir.

DİM öz fəaliyyəti ilə əlaqədar əldə etdiyi fərdi məlumatların "Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mühafizəsini təmin edir, hətta imtahanların təşkili və keçirilməsi dövründə qanun pozuntularına yol vermiş şəxslərin fərdi məlumatlarını açıqlamır. Bu məlumatlar hüquq mühafizə orqanlarına təqdim olunsa da, ictimailəşdirilmir.

Məlum olduğu kimi, bu gün sosial şəbəkələrdə və müxtəlif internet informasiya resurslarında bir abituriyentin ali təhsil müəssisələrinə yerləşdirmənin nəticəsi ilə bağlı elektron arayışının sürəti çıxarılmış ("screen” olunmuş) versiyası paylaşılıb. Qeyd edirik ki, həmin iş nömrəli abituriyent daha aşağı bal toplayıb və müsabiqədən keçməyib. Sadəcə olaraq imtahanın nəticəsi ilə bağlı olan arayış saxtalaşdırılaraq həmin namizədin yaz və yay imtahanlarında topladığı ballar daha yüksək qeyd olunub. Əslində isə abituriyentin balı aşağıdır. Bu saxta elektron arayış forması ilk olaraq özünü "təhsil eksperti” kimi təqdim edən bir nəfər tərəfindən yayımlanıb. Bunu isə çox təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələri DİM-ə müraciət etmədən, mötəbər olmayan informasiyanı DİM-lə dəqiqləşdirmədən ictimailəşdiriblər.

KİV nümayəndələrinə bir daha müraciət edirik ki, DİM-in mətbuat xidməti ilə dəqiqləşdirmə aparmadan bu tip məlumatları yaymasınlar və özləri də bilmədən yanlış informasiya ötürücüsünə çevrilməsinlər. Məlumat paylaşıldıqdan sonra deyil, öncə rəsmi qurumla əlaqə saxlanılması daha doğru olar.

Qeyd edək ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə 44772 abituriyent iştirak edib və onlardan 39906 nəfər qəbul olub. Təqribən 5074 plan yeri boş qalıb. Bu isə o deməkdir ki, abituriyentlər doğru seçim etsə idilər hər hansı bir ali təhsil müəssisəsinə qəbul ola bilərdilər. Qəbul ola bilməyən abituriyentlərin bəziləri və bu işdə müəyyən maraqları olan insanlar isə müxtəlif yollara əl atırlar və DİM-in nüfuzuna xələl gətirməyə cəhd edirlər.

Xatırladırıq ki, DİM-in işgüzar nüfuzunu ləkələyən və bu cür məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlərin görülməsi üçün DİM tərəfindən müvafiq addımlar atılacaq".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol