• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat: Energetik içkilər imkan daxilində qadağan edilməlidir

Deputat: Energetik içkilər imkan daxilində qadağan edilməlidir
16.08.2018 17:56
Qida Təhlükəsizliyi Agentliyi (QTA) tərəfindən energetik içkilərdən 18 yaşa çatmamış yeniyetmələrin, hamilə qadınların, süd verən anaların, ürək-damar, psixonevroloji, böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanların istifadə etməməsinin tövsiyə olunması çox müsbət və təqdirəlayiq haldır. Hesab edirəm ki, burada, bəlkə, bir qədər gecikilib də. Bu, çoxdan edilməli idi.
 
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Musa Quliyev dilə gətirib.

O, hələ bu barədə bir il öncə, parlamentin payız sessiyasının ilk iclasında çıxış etdiyini və təklif irəli sürdüyünü xatırladıb.
 
"O vaxt da bildirmişdim, indi də belə hesab edirəm ki, energetik içkilərin məhdudlaşdırılması və imkan daxilində qadağan edilməsi lazımdır. Çünki bütün dünya kardioloqları energetik içkilərdən ölüm hallarının artması və insanların çox ağır xəstəliyə düçar olması barədə həyəcan təbili çalırlar.
 
Çox təəssüf olsun ki, bu içkilər son illərdə Azərbaycanda çox geniş yayılıb. Gənclər, yeniyetmələr, hətta uşaqlar arasında bir buma çevrilib. Bu içkilərin tərkibində kafein, taurin, bir qrup vitaminlər, qlükoza kimi stimullaşdırıcı maddələr var.
 
Bunların həddindən artıq və dozalaşdırılmadan qəbul edilməsi qəfil ürək tutmalarına, ölümlərə səbəb olur. Bu içkilər yuxu, əsəb pozğunluğu, idarə olunmanın çətinləşməsi və sair problemlər yaradır.
 
Bu səbəbdən Fransa, Norveç, Finlandiya kimi ölkələr artıq bu içkilərin satışını qadağan ediblər. Bir çox ölkələr isə bu içkiləri "18+” məhsulları sırasına daxil ediblər və 18 yaşına çatmayan şəxslərə bunların satışı qadağan edilib.
 
Hesab edirəm ki, bununla bağlı qanunvericiliyimizdə müvafiq dəyişikliklər edilməlidir.
 
Birinci, onlara aksiz vergiləri tətbiq olunmalıdır ki, əlçatanlıq aşağı düşsün. Yəni, bu içkilərin üzərinə "18+” işarəsi yazılsın və 18 yaşına çatmayan uşaqlara satılması qadağan olunsun.
 
Lisenziyalaşdırılmış mallar siyahısına daxil olunsun ki, yalnız lisenziya ilə müvafiq mağazalarda satılsın. Bir də bu içkilərin reklamına qadağa qoyulsun.
 
Məktəblərdə, ümumiyyətlə, təhsil müəssisələrinin yaxınlığındakı mağazalarda bunların satılmasına qadağa qoymaq lazımdır”, - deyə millət vəkili əlavə edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol