• $
  • €
  • ₽
  • ₺
  • £

Almaniya mətbuatı 12 yaşlı Fatimədən yazdı

Almaniya mətbuatı 12 yaşlı Fatimədən yazdı
18.08.2018 14:49
Almaniyanın ən bacarıqlı, dərslərində yüksək nəticə əldə etmiş 20 nümunəvi məktəblisi Braunşveiq Kosmik Tədqiqatlar Mərkəzində olublar.


Qaynarinfo xəbər verir ki, ekskursiyaya Aşağı Saksoniya əyalətindən qatılan 4 məktəblidən biri də 12 yaşlı həmyerlimiz Fatimə Cəfərova olub. Məktəblilər mərkəzin rabitə otağından Beynəlxalq Kosmik Stansiyada çalışan 42 yaşlı alman kosmonavtı Aleksandr Gerst ilə birbaşa rabitə əlaqəsi quraraq, 8 dəqiqə ərazində ona müxtəlif suallar ünvanlayıblar.


Bu haqda Almaniyanın bir çox mətbu orqanları, o cümlədən məşhur "Bild" nəşri, "RTLNord" televiziya və yayım şirkəti, "RegionalGifhorn", "Nrd.de", "Ardmediathek.de" xəbər saytları məlumat veriblər.


Həmyerlimiz Fatimə Cəfərova kosmonavta, "Bitkilərin kosmosda, yaxud Marsda becərilməsi mümkündürmü?", sualını ünvanlayıb.


Kosmonavt sualına görə Fatiməyə təşəkkür edərək, belə cavab verib: "Kosmosda bildiyiniz kimi çəkisizlik mühiti olduğundan, biz stansiyada bitkilərin inkişafını tədqiq edirik ki, sonra onu Marsda becərə bilək".


Daha sonra Fatimə Kosmik Tədqiqatlar Mərkəzində yaşadığı təəssüratları barədə danışıb: "Adım Fatimədir, 12 yaşım var, azərbaycanlıyam. Bu, mənim üçün qeyri-adi bir hadisə idi. Kosmonavt Aleksandr Gerstlə birbaşa əlaqə qurduğum və öz sualımı ona verdiyim üçün çox çox sevincliyəm. Sağ olsun ki, kosmonavt Aleksandr Gerst verdiyim sualı ətraflı cavablandırdı. Ona kosmosdakı fəaliyyətində uğurlar arzu edirəm".


O, həmçinin Almaniyanın "Niederschasen" qəzetinə də kiçik müsahibə verib. Sözügedən müsahibəni sizə təqdim edirik:


- Fatimə, astronavtla canlı rabitə əlaqəsi yaratmaq necə hiss idi?
- Bu, hər gün olan bir şey deyil. Mənim üçün maraqlı bir təcrübə oldu.


- Gələcəkdə sən də astonavt olmaq istərdinmi?
- İstərdim, amma olacağıma inanmıram. Çünki mən həkim olmaq istəyirəm.


Qeyd edək ki, Fatimə Cəfərova 23 aprel 2006-cı ildə Lənkəran şəhərində doğulub. 5 yaşı olanda ailəsi Almaniyaya köçüb. Hazırda o, ailəsi ilə birgə Almaniyanın Aşağı Saksoniya əyalətində yaşayır. Atası həkim, anası isə biologiya müəllimidir. Özündən balaca qardaşı var. Hər ikisi Rats Dövlət Gimnaziyasında oxuyurlar. Azərbaycan, türk, ingilis və alman dillərində səlis danışan Fatimə indi də fransız dilini öyrənir.
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol