• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ erməniləri qondarma "prezidentlərinə" yeni ad verdilər: “Əski...”

Qarabağ erməniləri qondarma "prezidentlərinə" yeni ad verdilər: “Əski...”
19.08.2018 11:26
Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyan hakimiyyətə təzə gələndə yerli ermənilər Rusiya Federal Təhlükəsizlik Xidmətindəki agent karyerasına eyhamla ona "KQB tulası” ayaması vermişdilər. Virtualaz.org xəbər verir ki, indi Bako Saakyanın yeni ayaması yaranıb. Yerli müxalifətçilər onu "əski, cındır” adlandırırlar.

Bu haqda "Lenta.ru” portalına müsahibəsində Dağlıq Qarabağdakı "Milli dirçəliş” müxalifət partiyasının fəalı Tiqran Qriqoruan danışıb. Qriqoryanın partiyası Xankəndində Bako Saakyanın kriminal-xunta rejiminə qarşı çıxan əsas siyasi qüvvədir, yerli "parlamentdə” cəmi 1 deputatla təmsil olunur. Bir müddət əvvəl Dağlıq Qarabağın xüsusi xidmət əməkdaşlarının iki yerli sakini döyməsinə etiraz olaraq başlayan etirazlarda bu partiya əsas təşkilatçı idi. Həmin etirazlara görə Bako Saakyan güc strukturlarının rəhbərlərini və "hökumət başçısını” dəyişməli oldu. İndi Qriqoryan deyir ki, onların məqsədi Bako Saakyanı ümumiyyətlə hakimiyyətdən qovmaqdır.
Qarabağlı müxalifətçi deyir ki, 2017-ci ildə hakim elita "konstitusiyanı” öz məqsədləri üçün dəyişdi və Bako Saakyanın şəxsi hakimiyyətinin ömrünü 2020-ci ilə qədər uzatdı. Və onun 2030-cu ilə qədər yenidən iki dəfə "prezident” seçilməsinin yolu açıldı.

"Bu qərar Yerevandan dəstəklənirdi, ola bilsin şəxsən Serj Sərkisyanın təşəbbüsü idi”-Qriqoryan deyib.
Onun sözlərinə görə, Bako Saakyan "qeyri-qanuni və qeyri-legitim prezidentdir”, hakimiyyəti qanunsuz ələ keçirmiş biridir. Saakyanı xalq seçməyib, "parlament” seçib. "Parlament” seçiləndə isə heç kim izah etməmişdi ki, "deputatlar” daha sonra "dqr prezidentini” də seçəcəklər.
"Və onun Dağlıq Qarabağa rəhbərlik edə bilməyəcəyini göstərən daha bir amil: Bako Saakyan zəifdir. Mən sonuncu mitinqdə onu "əski” adlandırdım, ola bilsin bir az sərtdir və siyasi etikadan kənara çıxır. Lakin hesab edirəm ki, bunu demək lazım idi. Çünki Bako Saakyan özünü 11 ildir məhz əski, cındır kimi aparır. 2007-ci ildə onu vəzifəyə Yerevandan təyin etmişdilər-Sərkisyana onun əmrlərini sözsüz yerinə yetirən adam lazım idi. Belə adam isə Saakyan idi. 11 il ərzində Saakyan erməni xalqına qarşı bir çox cinayətlərdə iştirak edib. 2008-ci ilin 1 mart hadisələrini yadasalmaq olar, o vaxt Dağlıq Qarabağdan hərbi birləşmələr Yerevana göndərilmişdi”-Qriqoryan deyir.

Qarabağ müxalifətçisi gizlətmir ki, Ermənistanda Nikol Paşinyanın liderliyi ilə baş tutmuş "məxməri inqilabdan” ruhlanıblar və Xankəndində də xalqı küçələrə çıxarıb Saakyanı hakimiyyətdən qovacaqları gün uzaqda deyil. Çünki Serj Sərkisyanın hakimiyyətdən getməsindən sonra Bako Saakyan "krışasız” qalıb.
"Bako Saakyan Serj Sərkisyansız heç kimdir, sıfırdır. Onun nə hakim elitada hakimiyyəti var, nə xalq arasında nüfuzu”-Qriqoryan bildirir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol