• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbli dəstlərinin satışı ilə bağlı yenilik

Məktəbli dəstlərinin satışı ilə bağlı yenilik
20.08.2018 23:21
Builki tədris mövsümündə məktəbli formalarının qiymətində artım yoxdur, lakin valideynlərin istək və müraciətləri nəzərə alınaraq bəzi dəyişikliklər edilib.
Bu barədə virtualaz.org saytına Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov bildirib.

 
Onun sözlərinə görə, indiyədək məktəbli formaları yalnız dəst halında satılırdı, bu isə valideynlərin narazılığına səbəb olurdu. Məsələn, valideyn şalvar, yaxud pencək almaq istəyirdi, amma formanı dəst almağa məcbur idi. Bu ildən isə yalnız ehtiyacı olan geyimi ala biləcəklər. Eyni zamanda, bu ildən ibtidai sinif şagirdlərinə jiletlər satılmayacaq. Yuxarı sinif şagirdləri üçün jilet geymək məcburi deyil.

 
E.Əzimov əlavə edib ki, valideynlərin əlavə pul xərcləməməsi üçün məktəbli formalarının modellərində, dizaynında dəyişiklik edilməyib. Hazırda tikiş evinin 10 satış məntəqəsində 4 model olmaqla ibtidai siniflər üzrə 40 manata, yuxarı siniflər üzrə 46 manata məktəbli dəstləri satışdadır. Həmçinin köynək 8 manata, şalvar 42 ölçüyədək 15 manata, 54 ölçüyə kimi 18 manata, pencək 25 manata, ibtidai sinif şagirdləri üçün yubka 15 manata, böyük siniflər üçün aşırma yubka 18 manata satılır.
 
Etibar Əzimov saxta məktəbli formalarının satılması ilə bağlı problemlə üzləşdiklərini deyərək valideynləri ehtiyatlı olmağa çağırıb: "Bakı Tikiş Evinin həm parça, həm də hazır dəstlərlə bağlı sertifikatı var, geyimlərin təhlükəsizlik və keyfiyyətinə görə cavabdehdir. Bəzi işbazlar isə fabrikin forma və dizaynından istifadə edərək Çindən məktəbli dəstləri sifariş verirlər, üzərinə də fabrikin əmtəə nişanını yapışdırırlar”.
 
Keyfiyyətsiz parçadan hazırlananan saxta məktəbli dəstləri bazarda 32-35 manat arası təklif olunur. E.Əzimov söyləyib ki, fabrikdə 800 qadın çalışır, işbazlar həm də bu qadınların əməyinə, dolanışığına mane olurlar. Valideynlər saxta formaların 5-6 manat ucuz olmasına aldanmasınlar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol