• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda Qurban bayramı ilə əlaqədar satış yarmarkaları təşkil olunacaq

Azərbaycanda Qurban bayramı ilə əlaqədar satış yarmarkaları təşkil olunacaq
20.08.2018 17:37
Avqustun 22-23-də Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar sabahdan başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları təşkil olunacaq. 
 
Bu barədə "Report" Kənd Təsərrüfatı Nazirliyinə (KTN) istinadən xəbər verir. 
 
Nazirliyin dəstəyi ilə baş tutacaq yarmarkalara, təxminən, 35 min baş heyvanın çıxarılması nəzərdə tutulur. Yarmarkalar Qida Təhlükəsizliyi Agentliyinin müəyyən etdiyi məntəqələrdə təşkil olunacaq. Satış yarmarkalarının Bakı şəhərinin 32 nöqtəsində, Gəncə, Neftçala, Lənkəran, Şəki, Şirvan, Quba, Ağdaş, Şamaxı, Göyçay, İsmayıllıda keçirilməsi nəzərdə tutulur.
 
Satış üçün nəzərdə tutulan 20 min baş heyvan KTN və Dövlət Gömrük Komitəsinin iri sahibkarlara tövsiyəsi əsasında qonşu ölkələrdən, əsasən də Gürcüstandan gətirilib. Qonşu ölkələrdən xırdabuynuzlu heyvanların gətirilməsində məqsəd bazarda bolluq yaratmaq, qiymətləri sabitləşdirməkdir.
 
Bundan başqa, KTN-nin müraciəti əsasında bölgələrdə fəaliyyət göstərən fermerlər yarmarkalara, ümumilikdə, 13 min baş heyvan çıxaracaq. Nazirliyin tabeliyində olan təsərrüfatlardan isə yarmarkalara, təxminən, 1000-1500 baş iri və xırda buynuzlu heyvanlar gətiriləcək.
 
Qeyd edək ki, KTN yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını
almaqdır.
 
Satış yarmarkaları aşağıdakı məntəqələrdə fəaliyyət göstərəcək:
 
Bakı şəhəri üzrə
 
Nərimanov rayonu
 
1.Əliyar Əliyev küçəsi, 26 ("Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
 
2.Əlyar Əliyev küçəsi, 36a ("Təbriz” KM, Keşlə bazarı)
 
3.Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi ("Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı)
 
Suraxanı rayonu
 
1.Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin yanı
 
2.Qaraçuxur qəsəbəsi , Yeni Günəşli, "V” massivi
 
Binəqədi rayonu
 
1.Rəsulzadə qəsəbəsi (Binəqədi şosesi)
 
2.Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu ("Dördyol” adlanan yer)
 
3.Binəqədi qəsəbəsi, Gülüstan massivi, döngə 15 (Heyvan bazarının yanı)
 
4.Cəfər Xəndan küçəsi, 54, "Oazis” restoranının yanı ("Ət pavilyonu” adlanan ərazi)
 
Xətai rayonu
  
1. Zığ yolu ("Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)
 
Yasamal rayonu
 
1.Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi, 7
 
2.Xiyabani küçəsi, 10c
 
3.Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının həyəti
 
Nizami raronu
 
1.Mehdi Abbasov və Əli Vəliyev küçələrinin kəsişməsi
 
2.Mikayıl Əliyev və Rüstəm Rüstəmov küçələrinin kəsişməsi
 
Səbail rayonu
 
1.20-ci sahə (Badamdar şosesi)
 
2.Bayıl bazarı, Gülbala Əliyev küçəsi
 
Xəzər rayonu
 
1.Qala-Pirallahı yolu, "Lambir" müəssisənin arxası
 
Qaradağ rayonu
 
1. Lökbatan qəsəbəsi ("Meyvəli” MMC-nin ərazisi)
 
2. Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)
 
3. "Qoç-ət” MMC , Lökbatan qəsəbəsi
 
Sabunçu rayonu
 
1. Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72, "Arzu” şadlıq sarayının yanı
 
2. Sabunçu qəsəbəsi, şəhər şosesi döngə 6, "Sabunçu” mərasim evinin yanı
 
3. Ramana qəsəbəsi, Şuşa şəhərciyi, "Pətək” marketin yanı
 
4. Zabrat qəsəbəsi,” Azmeat” MMC
 
5. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi
 
6. Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi, "Araz” marketin yanı
 
7. Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6
 
8. Maştağa qəsəbəsi "Kanal” marketin yanı
 
9. Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
 
10. Nardaran qəsəbəsi, Axundzadə küçəsi 107
 
11. Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov 24 keçmiş "Sərhan” marketin yanı
 
Bölgələr
 
Gəncə şəhəri
 
Yeni Gəncə qəsəbəsi, 2№-li məktəbin yanı
 
Neftçala rayonu
 
1.Neftçala bazarı, Məhəmməd Əsədov küçəsi
 
2.Xili qəsəbəsi
 
3.Bankə qəsəbəsi
 
4.Həsənabad qəsəbəsi
 
Şamaxı rayonu
 
1.Şamaxı şəhər stadionun yanı
 
Göyçay rayonu
 
Rayon ərazisində fəaliyyət göstərən heyvan satışı bazarı (Göyçayın Ağsu tərəfdən girişi)
 
İsmayıllı rayonu
 
1."Yaşıl market”
 
Lənkəran şəhəri
 
1.Bakı-Astara magistral yolunun 200 kilometrliyində, Lerikə dönən yolun solunda, Şiləvar kəndi ilə üzbəüz.
 
Ağdaş rayonu
 
1.Zeynəddin kəndi, mal bazarı
 
Quba rayonu
 
1.Heydər Əliyev prospekti, "Ət bazarı” deyilən ərazidə
 
Şirvan rayonu
 
1.18 №-li məktəbin həyəti
 
2.16№-li məktəbin həyəti
 
Şəki şəhəri
 
Şəki şəhərinin "Çöl yolu” adlanan ərazisində yerləşən heyvan satışı bazarı
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Cəmiyyət 09:31
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 09:26
Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol