• $
  • €
  • ₽
  • ₺
  • £

Lütfi Zadənin vəfatından 350 gün ötür – Məzar daşı quraşdırılacaqmı? – Açıqlama

Lütfi Zadənin vəfatından 350 gün ötür – Məzar daşı quraşdırılacaqmı? – Açıqlama
20.08.2018 20:32
Sentyabr ayının 6-sı azərbaycanlı alim, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri, süni intelellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfəli Rəhim oğlu Əsgərzadənin ölümündən bir il ötəcək.
Bizimyol.info-nun verdiyi məlumata görə, buna rəğmən hələ də ona məzarüstü abidə qoyulmayıb.
Məsələ ilə bağlı Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin əhaliyə vətəndaşlıq xidməti trestinin baş mühəndisi Sabir Həsənov ilə əlaqə saxladıq. S. Həsənov bu barədə onlara heç bir tapşırıq verilmədiyini bildirdi:

" Sentyabra olacağı deyilmişdi. Amma hələ ki, bununla bağlı bizə heç bir tapşırıq verilməyib. Ailəsi də Amerikadadır. Yəqin ki, sentyabr ayının 1-nə qədər həll edərik”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə qeyd etdi ki, bu azərbaycanın dahi, hörmətli aliminə qarşı düz münasibət deyil:

"Lütfi Zadənin məzarının götürülməməsinin 2 səbəbi ola bilər: Ya dövlət onun il mərasimi üçün hansısa bir tədbir planı hazırlayıb,  yaxud da Lütfi Zadənin qəbrinin götürülməsi orada oturan şəxslərin marağında deyil. Burada 3-cü səbəb ola bilməz. Hesab edirəm ki, bu Azərbaycanın dahi, hörmətli aliminə qarşı düz münasibət deyil. Onun qəbir abidəsinin götürülməməsi göstərir ki, bu kimlərinsə marağında deyil.
Onun ailəsi və oğlu da bu məsələyə biganədir. Hətta Lütfi Zadənin oğlu atasının yasına gəlmədi, qızı əlaqə saxlamadı. Onun öz övladları Azərbaycanı doğma vətənləri olaraq qəbul etmirlər. Yəqin ki, atalarının qəbrinin Azərbaycana gətirilməsini də istəmirlər. Bu bir daha göstərir ki, dünya dahisi, Azərbaycanlımız həyatda necə tək idisə, orada da tək qalacaq.”

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol