• $
  • €
  • ₽
  • ₺
  • £

Kriminal avtoritetlər Lənkərana gəldi – Polis xəbərdardırmı? – Açıqlama

Kriminal avtoritetlər Lənkərana gəldi – Polis xəbərdardırmı? – Açıqlama
21.08.2018 14:38
Xəbər verdiyimiz kimi, vaxtı ilə muzdlu olaraq bir çox qaynar nöqtədə, o cümlədən Dombasda Ukraynaya qarşı döyüşmüş Timur Tumaev avqust ayının 18-də azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) məzarını ziyarət etmək üçün Azərbaycana gəlib.

Bizimyol.info-nun verdiyi məlumata görə, kriminal aləmdə "Timur Dikiy” kimi tanınan çeçen səfər zamanı azərbaycanlı mərhum "qanuni oğru”lar Rövşən Lənkəranski ilə yanaşı "Masallı Mamed”in məzarlarını ziyarət edib.

Bəs avtoritetin gəlişi ilə əlaqədar Lənkəran rayon Polis İdarəsin tərəfindən hansısa qabaqlayıcı tədbirlər görülübmü?
Məsələ ilə bağlı Rövşən Lənkəranskinin məzarının yerləşdiyi "Ləvəngi dairə”sinə nəzarəti həyata keçirən polis inspektoru İlqar Qasımov ilə əlaqə saxladıq. İ.Qasımov yeni təyin olunduğunu və bu haqda məlumatının olmadığını bildirdi:

"Həmişə nəzarət olunur və ictimai asayiş qorunur, hər şey qaydasındadır. Mənim Lənkərana gəldiyim heç 10-15 gün deyil. Mən burada kimi tanıyıram? Rəhbərliyimizlə əlaqə saxlayın və onunla danışın. Xahiş edirəm rəhbərlikdən soruşun. Mən heç nə bilmirəm. Yeni təyin olunmuşam və burada heç kəsi tanımıram, bu haqda məlumatım yoxdur”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol