• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qurbanlıq heyvanlar bu qiymətə satılır – VİDEO

Bakıda qurbanlıq heyvanlar bu qiymətə satılır – VİDEO
21.08.2018 18:00
Avqustun 22-23-də Azərbaycanda qeyd olunacaq Qurban bayramı ilə əlaqədar sabahdan başlayaraq 3 gün ərzində Bakıda və bölgələrdə iri və xırdabuynuzlu heyvanların satış yarmarkaları təşkil olunub.

BAKU.WS olaraq həmin yarmarkalardan bir neçəsində olduq. Müşahidələrimiz zamanı gördük ki, qurbanlıq heyvanlarla maraqlananlar var. Lakin hələlik satıcılar alverin olmadığını bildirdilər.

"Düzdür səhərdən bəri soruşan çox olub. Lakin hələlik alverimiz olmayıb”, - deyə satıcılar bildirilər.

Qeyd edək ki, yarmarkalarda qoyun ətini 12 manata, diri heyvanın çəkisi isə 6 manatadır. Bu da ötən ilə nisbətən artım var. Çünki ötən il Qurban bayramında yarmarkalarda ətin kiloqramı 9-10, diri heyvanın kiloqramı isə 4-5 manat arasında dəyişirdi.

Hazırda isə qurbanlıq heyvanların ən ucuzu 150 manata, ən bahalası isə 350 manata başa gəlir.

Qeyd edək ki, KTN yanında Dövlət Baytarlıq Xidməti artıq Qida Təhlükəsizliyi Agentliyinin müəyyənləşdirdiyi ət kəsimi və heyvan satışı məntəqələrində profilaktik məqsədlə dezinfeksiya işlərinə başlayıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd heyvanlar arasında xəstəliklərin yayılmasının qarşısını almaqdır.
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol