• $
  • €
  • ₽
  • ₺
  • £

Toy karvanları kameralarla nəzarətə götürüldü

Toy karvanları kameralarla nəzarətə götürüldü
21.08.2018 22:17
DYP tövsiyə edir ki, karvanda 6 maşın olsun və bir cərgə üzrə sağ zolaqla getsinlər


Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı sürücülərə, toy sahiblərinə və avtomobil icarəyə verən şəxslərə müraciət edib. 


Qaynarinfo-nun məlumatına görə, müraciətdə qeyd olunur ki, son vaxtlar toy karvanlarında yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları daha çox müşahidə olunur. Bununla bağlı Dövlət Yol Polisi İdarəsi ciddi mübarizə tədbirlərinə əl atıb. Belə ki, bu sahədə təbliğat işləri aparılır, sürücülərə xəbərdarlıq olunur, toy karvanlarının hərəkəti ilə bağlı qaydalar izah edilir. Lakin DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyir ki, yenə də bəzi toy karvanlarında avtoxuliqanlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, başqalarının hərəkətinə mane olan, tıxac yaradan və digər qayda pozan sürücülərin sayı azalmır. Bütün toy karvanlarını kameralar vasitəsilə nəzarətə götürən Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq sürücülərə bir daha müraciət edir ki, toy karvanlarında maksimum 6 avtomobilin iştirakı daha məqsədəuyğundur. Eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsələr daha yaxşı olar. 


Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı videorolikdə də məhz toy karvanlarının hərəkəti ilə bağlı tövsiyələr sürücülərin diqqətinə çatdırılır. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol