• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda dublyaj problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA

Azərbaycanda dublyaj problemi: çıxış yolu nədədir? - ARAŞDIRMA
22.08.2018 17:20
Ölkədə dublyaj olunan filmlərin aşağı keyfiyyəti çox insanı narazı salır. Tamaşaçı filmlərin tərcümə-redaktəsindən, sinxron səslənmədəki uyğunsuzluqlardan, aktyor seçimində buraxılan səhvlərdən narahat olur. Televiziyaların böyük izləyici auditoriyasını itirməsinin əsas səbəbi qeyri-peşəkar dublyaja bağlıdır.

Anews.az bildirir ki, Report problemi araşdırmaq üçün bu sahədə fəaliyyət göstərən mütəxəssislərə müraciət edib.

Əməkdar artist, Bakı Bələdiyyə Teatrının aktyoru Elxan Rza bildirib ki, artıq televiziyalarda fəaliyyət göstərən dublyaj studiyalarında çalışmır: 

"Bəzən kinoteatrlar üçün özəl şirkətlərin dəvəti ilə film səsləndirirəm. Televiziyada film bir günə dublyaj olunur, səs rejissoru çox zaman səsi düzgün tənzimləyə bilmir və qeyri-peşəkarlar bu sahədə üstünlük təşkil edir. Bir çox ölkədə dünyaca məşhur aktyorun filmini yalnız bir nəfərin səsi ilə tamaşaçıya təqdim edirlər. Bizdə isə hətta tanınmış kino ulduzunun səsini fərqli-fərqli insanlar dublyaj edir. Problemin həllini isə vahid dublyaj studiyasının yaradılmasında görürəm"

Dalğa televiziyasının dublyaj studiyasında tərcüməçi-redaktor kimi çalışan Aytən Nəsirli deyir ki, filmlər tərcümə olunarkən bədii dillə adi danışıq dili səhv salınır və gülüş hədəfinə çevrilən tərcümə meydana gəlir: 

"Əlbəttə filmlərin dilimizə tərcümə olunmasında dublyajı ayrı-ayrı kanalların öhdəsinə buraxmaq düzgün deyil. Onunla mütəxəssis işləməli, bu sahəyə böyük maliyyə ayrılmalıdır. Universitetlərdə film tərcüməsi sahəsində fənn keçirilsə, filmlərdəki qeyri-peşəkar tərcümələrin qarşısı alınsa, bu halda dilimizin inkişafı üçün daha bir addım atmış olarıq"

İctimai Televiziyanın Kino Dublyaj departamentinin böyük redaktoru İmran Bədirxanlı dublyaj olunan filmlərdə tərcümə probleminin həlli üçün qeyd edib ki, bərbad dublyaj olunan filmlə, efirdə səsləndirilən hansısa kobud cümlə, yaxud sözlə bağlı irad bildirmək üçün ciddi monitorinq aparılmalı, hansı telekanalda tərcümə-dil qüsurlarının daha çox olduğu müəyyənləşməlidir.

"Dublyaja peşəkarların cəlb edilməsində yaşanan problemin bir səbəbi də Azərbaycanda hər telekanalın özünün dublyaj studiyasının fəaliyyət göstərməsidir. Bədii, sənədli, cizgi filmlərinin mərkəzləşdirilmiş qaydada, peşəkar səviyyədə dublyajına ehtiyac var. Nazirlər Kabinetinin nəzdində Tərcümə Mərkəzi fəaliyyət göstərir. Tərcümə Mərkəzində kino-dublyajla məşğul olan ayrıca bir şöbə, redaksiya yaradılsa, bütün telekanallar həmin şöbə ilə rahat işləyə bilər. Düşünürəm ki, bu yolla dublyajdakı tərcümə və səsləndirmə qüsurlarını aradan qaldırmaq mümkündür. Onda iradlar da konkret bir ünvana yönələr".

Dalğa TV-nin dublyaj studiyasının səs rejissoru Müşfiq Vaqif İsgəndərli bildirib ki, Azərbaycanda aktyor dublyajda iştirak etdiyi bir film üçün 25 manat və ya hər səs dəqiqəsi üçün 1 manat ayrılır: 

"Səs rejissoru, tərcüməçi və redaktorları bir kənara qoyuram, bu məvacib heç aktyorun əziyyətinə dəymir. Ona görə də o, filmi həvəssiz səsləndirir. Maddi vəsaitin çatışmazlığı səbəbindən filmə cəmi 3-4 aktyor cəlb edilir. Rusiya, Türkiyə və digər ölkələrdə hətta qapıçı kimi epizodik obrazları da ayrıca səsləndirən insan var. Hər birinə lazımi vəsait ayrılır.

Dünyanın heç bir ölkəsində bir filmin dublyajına cəmi 4 aktyor cəlb olunmaz. Təsəvvür edin, kimsə birisi 7-8 obrazı səsləndirir, üstəlik, film bir günə yazılmalıdır. Daha sonra tələb olunan texniki tədbirlər də elə bir günə həll olmalıdır. Texniki işlərə bir nəfər baxır. Ona görə də keyfiyyət aşağı düşür. Buna səbəb kadr çatışmazlığı yox, maddi vəsaitin az olmasıdır".

Müşfiq Vaqif İsgəndərli bu günə qədər Azərbaycanda peşəkar səviyyədə dublyaj olunan yeganə filmin "Həzrəti Yusif" serialı olduğunu qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol