• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobil bazarında bahalaşma: Orta qiymət…

Avtomobil bazarında bahalaşma: Orta qiymət…
22.08.2018 18:31
2018-ci ilin iyulunda Bakının avtomobil bazarında orta qiymət 27 575 manat təşkil edib.
Anews.az  xəbər verir ki, bunu Trend-ə "MBA Group” konsaltinq şirkətinin baş direktoru, ekspert Nüsrət İbrahimov deyib.
Ekspertin sözlərinə görə, ötən ayla müqayisədə qiymətlər 1,81 faiz artıb.
N.İbrahimov bildirib ki, iyul ayında ümumilikdə 1 880 avtomobil satışa çıxarılıb:
"Ötən ayla müqayisədə avtomobil bazarında təkliflər portfeli 38,75 faiz artıb. Satışa çıxarılan avtomobillərin 86,33 faizi benzin mühərrikli avtomobillərdir. Bu kateqoriyalı avtomobillərin orta qiyməti 27 322 manat təşkil edib. Dizel mühərrikli avtomobillər bazarın 13,67 faizini təşkil edib, orta qiymət isə 29 172 manat olub. Avtomat sürət qutusu ilə olan avtomobillərin payı 71,22 faiz, orta qiyməti 34 419 manat, mexaniki sürət qutusu olan avtomobillərin payı 28,78 faiz, orta qiyməti 10 636 manat təşkil edib”.
Ekspert bildirib ki, iyul ayında bazardakı avtomobillərin orta yürüş göstəricisi 182,84 min kilometr təşkil edib ki, bu göstərici ötən ayla müqayisədə 4,03 faiz çox olub. Avtomobillərin orta yaşı 12 ildən çox olub.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol