• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyeva böyük uğurlara imza atdı – Millət vəkili

Mehriban Əliyeva böyük uğurlara imza atdı – Millət vəkili
25.08.2018 17:00
Gənc yaşlarından Azərbaycandakı ictimai siyasi proseslərdə aktiv iştirak edən, üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirən Mehriban xanım hər zaman çalışdığı sahədə böyük uğurlara imza atıb.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat vurğulayıb ki, Azərbaycan Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nümunəsi Azərbaycan gənci, vətəndaşı üçün çox gözəl bir örnəkdir:

"Mehriban xanımın yaratdığı və 1995-ci ildən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu ölkə mədəniyyətinin qorunub saxlanılmasında, inkişaf etdirilməsində və xaricdə tanıdılmasında əvəzsiz rol oynayıb. Fond mədəniyyətimizin təbliği ilə bağlı qarşısına qoyduğu əsas məqsədinə uğurla nail olub. Üzv olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyətində aktiv iştirak edən Mehriban xanım partiyada qadınların rolunun artırılması, xüsusən də gənc qızların potensialından maksimum istifadə edilməsi yolunda böyük fəaliyyət göstərib. Bütün bunlarla yanaşı, Mehriban xanım parlamentin üzvü kimi qanunvericilik prosesində də çox yaxından iştirak edib. Məhz onun təşəbbüsü ilə amnistiya haqqında bir neçə önəmli qanun qəbul edilib. Qəbul edilən qanunlarda humanistliyin, insanlara diqqət və qayğının artırılmasının mahiyyəti ön plana çəkilib. Azərbaycan-ABŞ, Azərbaycan-Fransa parlamentlərarası dostluq qruplarının rəhbəri kimi Mehriban xanımın Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında rolu danılmazdır”.

Millət vəkili bildirib ki, birinci xanım Mehriban Əliyevanın IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti də xüsusilə qeyd olunmalıdır:

"Onun rəhbərlik etdiyi Təşkilat Komitəsi ölkəmizdə Avropa və İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edilməsində, bu olimpiadalara daha çox ölkələrin cəlb edilməsində, həmçinin təşkilatın təşkili ilə bağlı bir çox məsələlərin həllində aktiv fəaliyyət göstərib. Məhz bu müstəsna fəaliyyətin nəticəsidir ki, Avropa və İslam Həmrəyliyi Oyunları bu gün Azərbaycanın idman tarixində xüsusi yer tutur. Bütün bunlarla yanaşı, Mehriban xanımın 2004-cü ilin mayın 10-dan rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan dövləti ilə yanaşı, ölkə daxilində sosial məsələlərin həllində aktiv iştirak edir. Fond bu gün çox sayda insanların müraciəti və onların problemlərin həllinə nail olan çox inamlı bir ünvana çevrilib. Heydər Əliyev Fondu Azərbaycanda sosial problemlərin həllində, önəmli humanitar layihələrin həyata keçirilməsində, Azərbaycanla xarici ölkələr arasında əlaqələrin qurulmasında böyük rol oynayır. Bu günlərdə şəhərində mərkəzində böyük bir parkın açılışında Fondun xüsusi rolu var. Ümumiyyətlə, Mehriban xanımın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi tamamilə gözlənilən idi. Onun aktiv siyasi mövqeyi, təşkilatçılıq qabiliyyəti, insanların problemlərini daim diqqətdə saxlaması bu yüksək vəzifənin yerinə yetirilməsi üçün gözəl bir amil idi. Mehriban xanımın öz işinə məsuliyyətlə yanaşması, müasir demokratik Azərbaycanın qurulması yolunda atdığı ciddi addımlar və fəaliyyətində daim milli dövlətçilik ideyalarının üstünlük təşkil etməsi bu gün Azərbaycan cəmiyyəti tərəfindən təqdir edilir. Hörmətli Birinci vitse-prezident xanım Mehriban Əliyevaya yeni və güclü müstəqil Azərbaycanın qurulması fəaliyyətində uğurlar arzu edirik”.

Qeyd edək ki, avqustun 26-ı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol