Azərbaycanda sərnişin avtobusu ilə “KamAz” toqquşdu: yaralılar var

Bakı-Qazax magistralında sərnişin avtobusu yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb
Anews.az report-a istinadən xəbər verir ki, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində iri qabaritli sərnişin avtobusu mişar daşı yüklənmiş "KamAz” markalı avtomobilə arxadan çırpılıb.
Nəticədə avtobusda olan sərnişinlərdən 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Hacıqabul xəstxanalarına yerləşdirlib. Yaralı sərnişinlərin adları dəqiqləşdirlir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib























