• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ən ucuz qiymətə harda qalmaq olar?

Bakıda ən ucuz qiymətə harda qalmaq olar?
28.08.2018 19:15
Turizm bazarının inkişafı paytaxt Bakıda qonaqlama mərkəzləri arasında rəqabət və canlanmaya təkan verib. Belə ki, son bir ildə "booking.com” axtarış saytında qeydiyyatdan keçən qonaq evlərinin sayı nəzərəçarpan dərəcədə artıb.

"Qafqazinfo” sözügedən sayta istinadən bəzi nüansları təqdim edir:

Hostellərdə ötən illərə nisbətən həm qiymətlərin münasibliyi, həm də say baxımından yaranmış artım bu il müsbət dərəcədə özünü göstərə bilir. Odur ki, hazırda "booking.com”da Bakı şəhərində fəaliyyət göstərən 57 hostel qeydiyyatdan keçib ki, onlardan da 35-i qonaqlar tərəfindən 9 baldan yuxarı qiymətləndirilib. Nəticənin yüksək olmasına əsas səbəb isə təmizlik, gülərüz xidmət və ən əsası qonaq evlərinin daha çox mərkəzə yaxın ərazilərdə yerləşməsidir. 
 
Bu yay ayları ərzində onların ümumilikdə 50%-dən çoxu rezerv olunub. Mərkəzdə yerləşən və qonaqlardan yüksək bal alan hostellərdə isə bu rəqəm xeyli yüksək- 90%-dən yuxarıdır. 

Rəylərə nəzər saldıqda görə bilərik ki, qonaqların ölkəmizdə yerləşən təsislərdə ən çox bəyəndiyi xüsusiyyət təmizlikdir.  

Qiymətlər isə gecəsi 10 AZN-dən başlayır. Belə ki, 6-8 kişilik yataqxanalar qiymətlərin uyğun olması baxımından daha çox seçilənlərdəndir.

Ancaq ailəli turistlər, xüsusilə də, ərəblər 4 və 5 ulduzlu otellərə üstünlük verir. Məlumat üçün onu qeyd edək ki, şəhər mərkəzində yerləşən məşhur otellərdən birinə yalnız "booking.com” vasitəsilə gün ərzində 66 rezervasiya olunub. 

Saytda qeydiyyatdan keçmiş müxtəlif ulduzlu otellərin sayı isə 165-dir. Onların 83-nün bir gecəlik qiyməti 0 – 99 AZN arasında dəyişir. 23 oteldə bir gecəlik qiymətlər isə 390 AZN-dən çoxdur.

Son olaraq bugünkü tarixə nəzər saldıqda görərik ki, Bakı şəhərində fəaliyyət göstərən qonaq evlərinin 89%-i artıq rezervasiya olunub. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol