• $
  • €
  • ₽
  • ₺
  • £

9 nəfərin xəsarət aldığı DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ – VİDEO

9 nəfərin xəsarət aldığı DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ – VİDEO
29.08.2018 15:12
İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, 37 yaşlı Fərhad Bilalovun idarə etdiyi 90-MG-934 dövlət nömrə nişanlı "Mercedes” markalı mikroavtobusla qarşıdan gələn Bakı şəhər sakini 31 yaşlı Tural Ağayevin idarə etdiyi 99-DC-875 dövlət nömrə nişanlı "OPEL” markalı minik maşını toqquşub.

Hadisə yerində zərərçəkənlərə ilkin yardım olunduqdan sonra xəstəxanalara çatdırılmaları üçün 103 və 113 xidmətinin 3 təcili tibbi yardım maşını cəlb olunub.

Mikroavtobusda olan sərnişinlər:
Bakı sakini - 42 yaşlı Vəfa Əfəndiyeva;
Qax rayon Nəkid kənd sakini - 25 yaşlı Beycət Yusifli;
Bakı sakini - 57 yaşlı Şəfiqə Cəfərova;
İmişli sakini - 26 yaşlı Vəfa Ağayeva;
Bacısı - 18 yaşlı Jalə Ağayeva.

Zərərçəkənlər Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Ümumilikdə ikisi uşaq olmaqla 7 nəfər Oğuz Rayon Mərkəzi Xəstəxanasında müalicəyə cəlb olunub. Minik maşınının sürücüsü Tural Ağayev və mikroavtobusun sərnişinləri Qax rayon sakinləri 42 yaşlı Nəcabət Yusifova və onun oğlu 15 yaşlı Elman Yusifov Şəki Mərkəzi Xəstəxanasına çatdırılıblar. Oğuz RMX-ya aparılan Jalə Ağayeva da Şəki RMX-ya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol