• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclis xüsusi iclasın bəzi detallarını açıqladı

Milli Məclis xüsusi iclasın bəzi detallarını açıqladı
29.08.2018 15:18
"Sentyabrın 20-də Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçiriləcək. Artıq bununla bağlı hazırlıq işləri gedir".

Anews.az bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkklüoğlu deyib.

Parlament rəsmisi xüsusi iclasla bağlı bəzi detalları açıqlayıb.

"Xüsusi iclasda bir neçə xarici ölkənin parlamentinin spikerləri, işçi qrupların rəhbərlərinin iştirakı gözlənilir. Bundan əlavə, parlamentdə sərgilər təşkil olunacaq, kitablar hazırlanır".

A.Təvəkküloğlu qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin yaranmasının 100 illik yubileyi ilə bağlı xüsusi film də hazırlanır.

"Həmin film iclasda qonaqlara göstəriləcək. Həmçinin, xüsusi iclasla bağlı müxtəlif tədbirlər planı həyata keçirilir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. Sərəncamla Milli Məclisə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasın keçirilməsi tövsiyə edilib.

Dövlət başçısı bu ilin yanvarın 10-da 2018-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında sərəncam imzalayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol