• $
  • €
  • ₽
  • ₺
  • £

Gəncənin yeni başçısı ağsaqqalları topladı

Gəncənin yeni başçısı ağsaqqalları topladı
31.08.2018 09:42
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb.

İcra Hakimiyyətindən Axar.az-a verilən məlumata görə, görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vaxt ayırıb, görüşə gəldikləri üçün ağsaqqalara təşşəkkür edib. O qeyd edib ki, tarixən mədəniyyət beşiyi hesab olunan Gəncə həm də ziyalılar şəhəridir.

"Bu görüşü təşkil etməkdə əsas məqsədim, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqaların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təkliflərinizi dinləməkdir. Bu baxımdan sizin dəstəyinizə ümid edirəm”, - deyə Niyazi Bayramov bildirib.

Görüşdə AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, ADAU-nun rektoru İbrahim Cəfərov, GDU-nun rektoru Yusif Yusibov, ATU-nun rektoru Akif Süleymanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, Ağsaqqallar Şurası Gəncə şəhər Təşkilatının sədri Xalid Qurbanov, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov və digərləri çıxış edərək, Gəncə şəhərinə yeni təyin olunan İcra Hakimiyyəti başçısına işlərində uğurlar arzulayıblar. Bildirilib ki, Gəncə və gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim ölkə rəhbərinin yanında olublar. Şübhəsiz ki, onlar bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, şəhər rəhbərinin yanında olacaq, əllərindən gələn köməkliyi göstərəcəklər. Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol