• $
  • €
  • ₽
  • ₺
  • £

Məzarlıqlar məsələsi qanunla tənzimlənməyəcək

Məzarlıqlar məsələsi qanunla tənzimlənməyəcək
31.08.2018 20:47
Azərbaycanda ziyarətgahlar, ibadət yerləri və məzarlıqlar haqqında ayrıca müstəqil qanunun (və ya qanunların) hazırlanması və parlament müzakirələrinə çıxarılması nəzərdə tutulsa da, son anda buna ehtiyac duyulmayıb.

Bu haqda Oxu.Az-a parlamentdən bildirilib.

Qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hələ 2016-cı ilin sonlarında parlamentə "Məzarlıqlar haqqında” qanun layihəsi təqdim etsə də, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov tərəfindən ziyarətgahlarla, ibadət yerləri ilə bağlı qanun layihəsinin hazırlanması təklif olunsa da və sonda onların birləşdirilib, eyni qanunvericilik sənədində əks olunması qərara alınsa da, müəyyən müzakirələrdən və məsləhətləşmələrdən sonra bu məsələlərin daha çox Nazirlər Kabinetinin təlimatları, qərarları ilə tənzimlənməsi məqsədəuyğun sayılıb.

"Yəni, belə məsləhət bilindi  ki, bu yöndə ayrılıqda bir və ya iki qanuna ehtiyac yoxdur. Bu məsələlər Nazir Kabinetinin təlimatları, əsasnamələri, o cümlədən, ziyarətgahlara, ibadət yerlərinə, məscidlərə nəzarət funksiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) özünün nizamnaməsi ilə tənzimlənir.

Eyni zamanda, insanların ziyarətgahlara, ibadət yerlərinə, pirlərə gəlməsi, öz istəklərinə uyğun nəzir-niyaz verməsi əvvəllər də olub, bu gün də var və  dövlət bu işlərə heç bir halda müdaxilə etmir. Həmin ziyarətgahlarda toplanan nəzir-niyazların bir qismi ziyarətgahların məhz öz xərclərinə sərf olunur.

Həmçinin, nəzir-niyazların toplandığı nəzir qutuları Xüsusi Komissiya tərəfindən açılır və həmin qutuların açılmasında həm Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri, həm də yerli icra hakimiyyətlərinin təmsilçiləri iştirak edir.

Dini komitənin əməkdaşları isə bəzən bu prosesdə iştirak edir, bəzən etmirlər. Əslində, kimin iştirak edib-etmədiyinin o qədər də önəmi yoxdur.

Çünki bu məsələ bir adam tərəfindən icra edilmir, Xüsusi Komissiya ona baxır, oraya toplanan vəsaitlər hesablanır, həmin ziyarətgahın xərclər hissəsi ödənilir, qalanları QMİ-də xüsusi fonda gətirilir və həmin fond vasitəsilə müxtəlif tədbirlər üçün sərf olunur.

Məsələn, dini baxımdan müəyyən tədbirlər olur, onlara vəsait ayrılır, eyni zamanda, yardımlar edilir. QMİ-yə ərizə ilə müraciət edənlər, şəxsən qəbullara gəlib bu və ya digər problemlərini qaldıranlar olur, onlara əl tutulur.

Müəyyən sovqatlar hazırlanır, bayramlarda şəhid ailələrinə, ehtiyacı olan ailələrə göndərilir. Yəni, həmin ziyarətgahlarda toplanan vəsaitlər heç də hamının təsəvvür etdiyi kimi astronomik məbləğdə olan pullar, ianələr deyil.

Odur ki, bu və ya digər məqamlar nəzərə alınaraq, sonda adıçəkilən məsələlərlə bağlı qanunun və ya qanunların qəbul edilməsindən vaz keçilib”, - deyə parlamentdən bildirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol