• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı idmançını güllələyib, yandırdılar - VİDEO

Azərbaycanlı idmançını güllələyib, yandırdılar - VİDEO
31.08.2018 11:47
İyulun əvvəlində Ukraynada öldürülən azərbaycanlı Əsgərov Elbrus Salman oğlunun qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Qətlə yetirilən şəxs azərbaycanlı "qanuni oğru” "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun klanına daxil olub.

1987-ci il təvəllüdlü Elbrus gənc yaşlarından peşəkar boksla və idmanın digər növləri ilə məşğul olub. O, MMA döyüş növü üzrə də bir sıra yarışlarda iştirak edib.

Onun məşqçisi və meneceri Donestkdə məşhur olan idman ustası Yuri Kiselev olub. Nadir Səlifovun adamlarından olan Elbrus "Lotu Quli” azadlığa çıxdıqda sonra onu Türkiyənin İstanbul şəhərində ziyarət edən şəxslər arasında yer alıb.

Elbrusun ölümünə gəlincə, Donetsk vilayətinin Mokiyevka şəhərində anadan olan Əsgərov, bu il iyunun 30-da evə gəlməyib və axtarışa verilib. Onun sürdüyü, "Audi” markalı maşın Kiyev şəhərinin yaxınlıģında, Obuxovskaya şossesinin 51-ci kilometrliyində, içində güllə deşikləri və qan ləkələri olan vəziyyətdə tapılıb.

Həmin vaxt maşının içi yandırılıb. Hadisədən 4 gün sonra isə Elbrus Əsgərovun meyiti Obuxovskaya şossesinin 41-ci kilometrliyindəki su kanalından tapılıb.

Məsələ burasındadır ki, ötən ay Kiyevdə yerləşən "Dolma” restoranının önündə Ağayev Davud Şahvələd oğlu güllələnib. Davudu güllələyən şəxs daha sonra maşına əyləşərək hadisə yerindən uzaqlaşıb. Elbrusun öldürülməsini də məhz Davudun qisası ilə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, Elbrus Əsgərov yeni ailə həyatı qurmuşdu. "Edik”in ölümü ilə onun 5 aylıq qızı atasız qaldı.

mənbə: yenicag



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol