• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan universitetlərində ən bahalı ixtisaslar – SİYAHI

Azərbaycan universitetlərində ən bahalı ixtisaslar – SİYAHI
31.08.2018 14:30
Azərbaycanda abituriyentlərin ali təhsil müəssisələrinə qəbulu başa çatıb.
 
Artıq hər kəs oxuyacağı universiteti seçib. Bəs, ölkədə ödənişi ən yüksək olan ixtisaslar hansılardır? Oxu.az ölkədəki ödənişləri yüksək olan ixtisasları təqdim edir:

Bakı Dövlət Universitetinin hüquq ixtisası 4500 AZN, beynəlxalq münasibətlər ixtisası 2900 AZN, dünya iqtisadiyyatı ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası 2100 AZN, tarix ixtisası 2100 AZN, filologiya ixtisasında 2100 AZNə təhsil almaq mümkündür.

Azərbaycan Diplomatik Akademiyası (ADA)

ADA-da hüquq fakültəsi 6500 AZN, beynəlxalq əlaqələr ixtisası 6000, biznesin idarə edilməsi ixtisası 6000, İnformasiya texnologiyaları ixtisası 6000 AZN təşkil edir.

Azərbaycan Dillər Universiteti

ADU-da Azərbaycan dili müəllimliyi ixtisası 2500 AZN, tərcümə ixtisası 2500 AZN, regionşünaslıq ixtisası 2500 AZN, beynəlxalq münasibətlər ixtisası2500 AZN, ingilis dili müəllimliyi ixtisası 2500 AZN, ingilis dili filologiyası ixtisası2500 AZN, ingilis dili tərcümə ixtisası 2500 AZN təşkil edir.

Burada ən aşağı təhsil haqqı isə alman və fransızdilli ixtisaslardadır – 1000 AZN.

Azərbaycan Tibb Universiteti

ATU-da müalicə işi fakültəsi 4500 AZN, əczaçılıq ixtisası 4000 AZN, stomotologiya ixtisası 4000 AZN, tibbi profilaktika ixtisası 4000 AZN-dir.

Xəzər Universiteti

Burada müəllimlik ixtisası 4500 AZN, iqtisadiyyat ixtisası 4000 AZN, tərcümə ixtisası 5000 AZN, mühəndislik ixtisası 4500 AZN, turizm ixtisası 5000 AZN təşkil edir.

Dövlət İdarəçilik Akademiyası

Akademiyada kompüter elmləri ixtisası 2500 AZN, politologiya ixtisası 3000 AZN, beynəlxalq münasibətlər ixtisası 3000 AZN, hüquqşünaslıq ixtisası 3000 AZN, dövlət və bələdiyyə idarəetməsi ixtisası 3000 AZN, menecment ixtisası 2500 AZN, iqtisadiyyat ixtisası 2500 AZN-ə təhsil almaq imkanı ıldı edə bilərsiniz.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

ADNSU-da təhsil almaq üçün neft və qaz ixtisası 2100 AZN, kompüter elmləri ixtisası ixtisası 1800 AZN, kompüter mühəndisliyi ixtisası 1800 AZN, sənayenin təşkili və idarə olunması ixtisası 2100 AZN-dir.

Universitetlərin təhsil haqlarına nəzər salsaq, məlum olur ki, son beş il ərzində ixtisasların ödənişləri artıb.

Belə ki, təhsil haqqı 200-1500 manat miqdarında yüksəlib. Məsələn, Azərbaycan Tibb Universitetində beş il əvvəl ixtisaslarda ödəniş 2000 AZN, ötən il 3000 AZN, bu isə 4500 AZN-dir. Bakı Dövlət Universitetində isə hüquq 2500 AZN idi. İndi isə bu rəqəm 4500 AZN təşkil edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol