• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Krasnodar avtobusu qəzaya uğradı - FOTO/VİDEO

Bakı-Krasnodar avtobusu qəzaya uğradı - FOTO/VİDEO
05.09.2018 12:10
Ötən gecə Rusiyanın Stavropol bölgəsində yol-nəqliyyat hadisəsi baş verib. Azərbaycandan Rusiyaya sərnişin daşıyan "Mersedes” markalı avtobus "Qazel” markalı avtomobillə toqquşub.
 
Oxu.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, hadisə Koçubey-Zelenokumsk-Mineralnıye Vodu yolunun 204-cü kilometrliyində, Moskva vaxtı ilə 05:10-da baş verib.
 
Hadisə zamanı üç nəfər xəsarət alıb. Nəqliyyat vasitəsi Bakıdan Krasnodara doğru hərəkət edirmiş.
 
"İlkin ehtimallara görə, "Mersedes” markalı avtobusun sürücüsü idarəetməni itirib və qarşıdan gələn avtomobilin yoluna çıxıb. Avtobusun iki sərnişini və "Qazel”in sürücüsü Budennovsk rayon xəstəxanasına çatdırılıb”, - yol polisindən bildirilib. 
 
Hadisə zamanı avtobusda 33 sərnişin və iki sürücü olub. Avtobus sürücüsünün sükan arxasında yuxuladığı iddia edilir. 
 
Faktla bağlı araşdırmalar aparılır. 


 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol