• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook” və “Twitter” rəhbərliyi ifadə verəcək

“Facebook” və “Twitter” rəhbərliyi ifadə verəcək
05.09.2018 21:51
"Facebook” və "Twitter” şirkətlərinin rəhbərləri bu gün ABŞ Konqresinin internetlə siyasətin əlaqələrinə həsr olunmuş dinləmələrində ifadə verəcəklər. "Facebook” şirkətinin administrasiyası seçkilərdə mümkün müdaxiləni ciddi qəbul etdiyini və bu problemə məsuliyyətlə yanaşdığını dəfələrlə təsdiqləyib. "Twitter” şirkətinin rəhbərləri də siyasətin öz fəaliyyətlərinə hər hansı təsirini inkar edirlər.
 
ABŞ Konqresinin kəşfiyyat üzrə senat komissiyasının sorğusuna baxmayaraq, "Google Alphabet Inc” şirkətinin rəhbərlərindən heç biri dinləmələrdə ifadə verməyəcək. Bu da, öz növbəsində, ABŞ qanunvericilərini məyus edib.
 
"Qafqazinfo” Azərtac-a istinadən şirkətin çərşənbə günü dərc olunan rəsmi ifadələrinə görə, "Facebook”un baş icraçı direktoru Şeril Sandberq "Twitter” şirkətinin baş icraçı direktoru Cek Dorsi ilə birgə çıxış edərək bildirib ki, xarici dövlətlərdən müdaxiləyə qarşı onun şirkətinin səyləri ABŞ-da 2016-cı il seçkilərindən sonra yaxşılaşıb. "Bunun cavabında gördüyümüz tədbirlər bizim bu kimi müdaxilələri dayandırmaqdan ötrü mümkün olan hər şeyi etmək qətiyyətimizi nümayiş etdirir”, - deyə Ş.Sandberqin ifadələrində bildirilir. Sandberqin bəyanatına görə, şirkət "mötəbər olmayan” məzmunda məlumatların axtarışı və kənarlaşdırılması sahəsində üsulları təkmilləşdirir. Bəyanatda, həmçinin bildirilir ki, şirkətdə məlumatların təhlükəsizliyi və qorunması sahəsində 20 mindən çox adam çalışır.

Hər iki şirkət rəhbəri ötən il ərzində Konqresdə dəfələrlə çıxışlarında öz mövqelərini müdafiə edib və onların saytlarında siyasi müdaxilənin az və ya ümumiyyətlə olmadığını təsdiqləyib. Kəşfiyyat üzrə senat komitəsi bir ildən çoxdur ki, xaricdən maraqlı tərəflərin ABŞ-da ictimai rəyin nüfuzuna təsir edən cəhdləri ilə bağlı təhqiqat aparır.
 
Xatırladaq ki, ABŞ xüsusi xidmət orqanlarının ölkədə keçirilmiş seçkilərə müdaxilə olunması qənaətinə gəlməsindən sonra təhqiqata başlanılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol