• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda kadr çatışmazlığı VS işsizlik

Azərbaycanda kadr çatışmazlığı VS işsizlik
06.09.2018 17:40
İşsizlik problemi ilə bağlı söz-söhbətlər həmişə olub. Həmişə eşidirik: "Əhmədin iki diplomu var, amma iş tapa bilmir” və ya "Lara işini çox yaxşı bilir, ancaq onu işdən çıxardılar”. 
 
Əgər deyilənlərə fikir versək, elə təəssürat yaranır ki, Azərbaycanda praktiki olaraq iş tapmaq mümkün deyil. 
 
Rəsmi rəqəmlərə görə, Azərbaycanda işsizlik səviyyəsi 5 faizdir və bu, reallıq üçün o qədər də pis göstərici deyil. Ancaq əgər işədüzəltmə saytlarına baxsaq, disbalansın yarandığına diqqət yetirmək olar. İş burasındadır ki, müxtəlif ixtisaslar üçün vakant yerlər kifayət qədərdir. 
 
Bəs problem nədədir? Şirkətlərdə bu qədər vakansiyalar olduğu halda, kimlər iş tapa bilmir? 
 
Bu suallara cavab tapmaq üçün minimum işsizliyin nə olduğunu və kimlərin rəsmi işsiz sayıldığını başa düşmək lazımdır. 
 
İşsizlər – bu şəxslər əmək qabiliyyəti olan və hazırda işsiz qalmış, ancaq fəal iş axtaran şəxslərdir. 
 
Oxu.Az-a açıqlama verən sosioloq Azər Allahverənov deyib ki, Azərbaycanda işsizlik problemini həll etmək üçün gənclərin vaxtında və düzgün ixtisas seçməsi vacibdir. 
 
"Azərbaycanda uşaq doğulan kimi valideynlər ona peşə seçirlər. "O, polis olacaq”, "həkim” və ya "müəllim”. Belə də olur. Vaxt keçdikcə bu, uşağın şüurunda möhkənlənir. O böyüyür və ixtisas seçimi vaxtı çatır. Əlbəttə ki, o, valideyninin istədiyini seçir”, - ekspert deyir. 
 
Müsahibimizin sözlərinə görə, Azərbaycandakı şirkətlərdə kifayət qədər vakansiyalar var ki, işə götürənlər aylarla, illərlə bu işlərə kadr tapa bilmirlər. 
"Misal üçün, neft şirkəti qaynaq aparatını işlədən təcrübəli mütəxəssis axtarır. Əməkhaqqı üç min manatdır. Uzun müddət işçi tapa bilmirlər və əcnəbi mütəxəssis dəvət edirlər, ancaq artıq onlara 10 min manat əməkhaqqı verməli olurlar.
 
Bu, o deməkdir ki, işəgötürənlərə yerli kadrlar sərf edir. Burada məsələ ondan ibarətdir ki, onların təcrübəsi olmur”, - ekspert qeyd edib. 
 
Hazırda Azərbaycanda hər işədüzəltmə saytında 500-1000 vakant yer var. 
Həmin vakansiyalar arasında İT mütəxəssisi, menecer, dizel mühərrikləri üzrə usta, hüquqşünas, tərcüməsi, aşpaz, müəllim, sürücü, iqtisadçı, tibb bacısı və s. var. 
 
İşədüzəltmə saytlarındakı göstəricilər ekspertimizin fikirlərinə uyğundur. Azərbaycanda işsizlik probleminin kökündə yanlış ixtisas seçimi dayanır. 
 
"Zamanla ayaqlaşmaq vacibdir. Hər şey evdən başlayır. Valideynlər uşaqlarının bacarığını görməlidir. Ola bilsin ki, onların oğlu polis olmaq üçün fiziki cəhətdən güclü olmayacaq, ondan yaxşı aşpaz çıxacaq. O, aşpaz olacaq və aylıq 3-4 min qazanacaq. Bu gün işəgötürənlər məhz belə maaş təklif edir”, - Allahverənov deyib.
 
Qeyd edək ki, son 10 ay ərzində məşğulluq orqanlarına 190 minə yaxın insan müraciət edib. 
 
Müsahibimiz bildirib ki, Azərbaycanda işsizlik səviyyəsini aşağı salmaq üçün gəncləri işə götürmək lazımdır. 
 
"Gəncləri işə götürən şirkətlərə vergi güzəştləri tətbiq etmək, gənc kadrlara iş təklif etmək, onların lazımi ixtisasa yiyələnməsi üçün tədris mərkəzləri yaratmaq lazımdır”, - ekspert əlavə edib. 
 
Sonda demək istərdik ki, ixtisaslı kadrların çatışmazlığı zamanı işçilər mütəxəssislər üçün rəqabət aparan işəgötürənlər arasında seçim imkanı qazanırlar.
Yalnız vacib məqamı əldən verməmək lazımdır.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Cəmiyyət 09:40
FHN ötən həftə 34 nəfəri xilas edib, 4 nəfər xəsarət alıb
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Cəmiyyət 09:27
Bakıda qəzada ölən Ada Süleyman ARB TV-nin keçmiş aparıcısı olub
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol