• $
  • €
  • ₽
  • ₺
  • £

200 manatlıq əskinazları yerə səpən gənc danışdı – “O pullar…” – VİDEO

200 manatlıq əskinazları yerə səpən gənc danışdı – “O pullar…” – VİDEO
06.09.2018 17:57
Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə 200 manatlıq yeni əskinazları yerə səpələyən gəncin videosu yayılıb. 

Videonu Azərbaycan Dövlət İqtisad Universitetnin tələbəsi olan İlkin Süleymanov çəkib. İlk başda hər kəs videonun sahibinin varlı biri olduğunu, manatı təhqir etdiyini düşünsə də, əslində məsələ tam fərqlidir.

19 yaşlı İlkin "minval.info” saytına videonun necə yayılması ilə bağlı danışıb: "Dostumla maşın almağa gedirdik. Ümumi 15 min manat idi. Hamısı da onundur. İlk dəfə 200 manatlıq əskinaz gördüm, hamı da bu puldan danışırdı, maraq üçün videosunu çəkdim. Başqa heç bir məqsədim olmayıb. Sadəcə kiçik video çəkib, "instagram” hesabımda paylaşdım. Sonra necə oldusa yayıldı, hər kəs məni tənqid etdi. Hətta məsələdən agah olmayanlar şərhlərdə haqqımda nalayiq ifadələr işlədiblər. Mən varlı övladı deyiləm. Təhsil haqqımı heç verə bilməmişəm. Səhv etdiyimin fərqindəyəm, belə olacağını bilsəm heç o videonu çəkməzdim. Pis niyyətim olmayıb”.

İlkinin anası kasıb bir ailə olduqlarını, oğlunun səhv etdiyini deyib: "Kasıb ailəyik, istəyən gəlib evimizlə, yaşantımızla tanış ola bilər. Biz o 200 manatlardan birini belə görməmişik. İlkinin təhsil haqqını heç tam ödəyə bilmirik, 500 manat borcumuz qalıb. Atası şəkər xəstəsidir. Fəhlə adamdır. Oğlum dostu ilə maşın almağa gedib. O pulları görüb, 19 yaşı var, gəncdir, səhv edib video çəkib, paylaşıb. İndi hər yerdə onu qınayırlar. Məndən də gizlədib olanları, indi öyrəndim. Hər kəsdən xahiş edirik, məsələ bağlansın”.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol