• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni ilə dostluq etdiyi üçün tənqid edilən azərbaycanlı qız danışdı

Erməni ilə dostluq etdiyi üçün tənqid edilən azərbaycanlı qız danışdı
06.09.2018 22:14
Amerikada yaşayan azərbaycanlı bloqer Ruslana Cavadovanın (Ruslana Gee) ilə erməni əsilli Karina Kasparyantsla dostluğu sosial şəbəkə istifadəçilərini qarşı-qarşıya qoyub.

Ruslana Gee şəxsi İnstaqram səhifəsində Karina ilə birlikdə çəkdirdiyi fotonu paylaşaraq belə yazıb:

"Axır ki, Karina ilə real həəyatda görüşdük. İkimiz də görüş qabağı çox həyəcan keçirmişik. Amman nahaq yerə. Hər şey möhtəşəm keçdi”.

Bu sözlərdən bəlli olur ki, qızlar uzun zamandır virtual həyatda dostluq edirlər. Müxtəlif ölkələrdə yaşadıqlarından görüşmək imkanları olmayıb. Amerikaya gedən Karina fürsətdən istifadə edib Ruslana ilə görüşüb. Birgə çəkdirdikləri şəkli Kasparyants da öz səhifəsində paylaşıb və Ruslana ilə videoçarxlar çəkməyi planlaşdırdıqlarını, lakin hələ ideya axtarışında olduqlarını qeyd edib.

Azərbaycanlı və erməni qızların dostluğu sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onların dostluğunu dəstəkləsələr də, bir çoxu Azərbaycan və Ermənistan münaqişəsini əsas gətirərək bu əməkdaşlığı pisləyib.

Minval.info xəbər verir ki, bu məsələnin qabardığını görən Ruslana hadisə ilə bağlı açıqlama verib. O, siyasi məsələlərin onların dostluğuna mane olmadığını bildirib: 

"Bizim adi fotomuzu bəzi şəxslər böyük problemə çevirdilər. Karina və mən siyasətə qarışmırıq, biz bloqerik. Eyni sahədə çalışırıq, təbii ki tez-tez qarşılaşacağıq. Üstəlik Karina çox yaxşı insandır, heç kimə pislik etməyib. Onun əlində olmayan bir şeyə görə Karinanı necə günahlandıra bilərəm? Çox gülməli adamlarsınız.

Biz onunla Ermənistanda, Azərbaycanda yox, ABŞ-da görüşmüşük. Dünyadan xəbərsizlər üçün bəlkə də bu yeni kəşf olacaq, amma bilin ki, başqa ölkələrdə düşmən ölkənin vətəndaşları bir-birilərini görəndə vəhşi kimi hücuma keçmirlər. Mən başa düşürəm, düşmən ölkənin vətəndaşı ilə üz-üzə gəlməyənlər bunu anlamayacaq, amma həqiqət budur.

Universitetdə rektorumuz erməni idi, mən düşmən olduğu üçün başqa rektor tələb etməli idim? ABŞ-da demək olar ki, bütün müəllimlərim ermənidir, dərslərini oxumamalıyam?

Rusiyada ermənilər və azərbaycanlılar dostluq edirlər, görüşürlər. Hətta İstanbulda da ermənilər var. Orada belə onlarla normal davranırlar. Bunlar həqiqətdir, gözünüzü açın! İnsanların dostluqları siyasətdən asılı deyil. Biz Karina ilə bu barədə ümumiyyətlə danışmırıq. O erməni olaraq öz fikrində qalır, mən azərbaycanlı olaraq öz fikrimdə… Bunlar bizə dostluq etmək, iş görməyə mane olmur. Normal, dünyagörüşlü insanlar belə düşünür”.

Qeyd edək ki Ruslana Bakıda doğulub. Model fəaliyyəti göstərib. Ruslana İstanbulda zərgərlik məmulatlarının dizayneri ixtisası üzrə təhsil alıb. Hazırda təhsilini Amerikada davam etdirir. Karina Kasparyants isə Qazaxıstanda doğulub, sonra isə Rusiyanın paytaxtı Moskvaya köçüb.
 













www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol