• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda əxlaqsız – Ramil Usubova müraciət

Bakı metrosunda əxlaqsız – Ramil Usubova müraciət
08.09.2018 13:34
Bakı metrosunda sərxoş vəziyyətdə qızlara sataşan və onlardan birinin halının pisləşməsinə səbəb olan 1981-ci il təvəllüdlü Seymur Abbasovun tərbiyəsiz hərəkəti sosial şəbəkələrdə də sərt etiraz doğurub.
 
Anews.az "axar.az”a istinadən xəbər verir ki, sərnişinlər tərəfindən polisə təhvil verilən və barəsində araşdırma aparılan S.Abbasovun əxlaqsızlığı haqda məlumat ictimailəşdikdən sonra sosial şəbəkə istifadəçiləri etiraza qalxıblar.

Həmçinin, Daxili İşlər naziri Ramil Usubova müraciət edərək, olayı nəzarət altına almasını xahiş ediblər. S.Abbasovun qanunvericiliyə uyğun cəzalanması və bunun ictimailəşməsinin cəmiyyətdəki bu cür neqativliyə qarşı önəmli addım olacağı bildirilib.

Qeyd edək ki, 6 sentyabrda S.Abbasov olduğu müəyyənləşən şəxs vaqonda qızlara qarşı nalayiq hərəkətlərə yol verib. Bu zaman vaqondakı sərnişinlər həmin şəxsə etiraz edib. "Koroğlu” stansiyasında polis əməkdaşları müdaxilə edərək, S.Abbasovu vaqondan düşürüblər və polis bölməsinə aparıblar.

"Qara Qarayev” stansiyasında isə əxlaqsızın hücumuna məruz qalan qızın halı pisləşib və o özündən gedib. Sərnişinlərdən bir neçəsi qızı qatardan düşürüb və metro işçilərini köməyə çağırıb.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, S.Abbasovla bağlı araşdırma davam edir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol