• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO

Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
08.09.2018 22:40
Masallı sakini övladının kiçik toyunu maraqlı keçirməkdən ötrü qeyri-adi üsula əl atıb. 15-il traktor sürücüsü olan ata övladı üçün təşkil olunan toy məclisinə bahalı maşın karvanı ilə deyil, 14 traktorla gəlib. Traktorların iştirak etdiyi toy karvanı maraga səbəb olub.

Anews.az xezerxeber.az-a istinadən bildirir ki, Masallı rayonu Şərəfə kənd sakini Elvin Nəbiyev 15 ildir ki, traktor sürücüsü işləyir. Bu illər ərzində Elvin Nəbiyevin arzusu olub ki, oğlu dünyaya gələrsə onun kiçik toyunda məhz traktorunu bəzədərək övladını həmin traktorla şadlıq sarayına aparsın. Ata bu arzusunu həyata keçirə bilib. Belə ki, oğlu Elton Nəbiyev üçün təşkil etdiyi toy mərasiminə getmək üçün özünün idarə etdiyi traktoru bəzəyib. Ancaq onun dostları da traktor sürücüsü olduğundan bu toy karvanına özlərinin idarə etdikləri traktorlarla gəlməyə qərar veriblər.

Övladının bu xoş günü üçün belə bir maraqlı ideya fikirləşən ata traktorların rəngbərəng şarlarla bəzədilməsinin kənddə maraqla qarşılandığını görərək toy karvanında olan texnikaları rayonun mərkəzinə sürdürüb. İlk dəfə rayon mərkəzində 14 traktorla toy karvanı maraqlı görünütlərə səbəb olub.

Atasının dostları tərəfindən edilən sürpriz 6 yaşlı Elton Nəbiyevin də çox xoşuna gəlib.

Traktorlardan təşkil olunumuş toy karvanı rayonun küçələrini gəzdikdən sonra şadlıq sarayına üz tutub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol