• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda yeni işıqforlar quraşdırılacaq – VİDEO

Bakıda yeni işıqforlar quraşdırılacaq – VİDEO
12.09.2018 10:54
Paytaxtın bəzi yollarında piyada və avtomobillərin rahat hərəkətini təmin etmək məqəsədi ilə yol ayrıclarına yeni işıqforlar qoyulacaq.

BAKU.WS xəbər verir ki, bununla bağlı təklif Bakı Nəqliyyat Agentliyindən gəlib . Bu işıqforların yeni dərs ili başlayana qədər qoyulması nəzərdə tutulur.

Bir ünvanda piyadalar sürətlə hərəkət edən avtomobillərin qarşısından həyatlarını təhlükəyə ataraq yolu keçirlər. Digər ünvanda isə avtomobillərin xaotik hərəkəti müşahidə edilir.

Məsələ ilə bağlı Xəzər TV sujet hazırlayıb. Görüntülər paytaxt yollarındandır. Bakı Nəqliyyat Agentliyinin təklifinə əsasən, Nizami metrostansiyasının yaxınlığında Cəfər Cabbarlı və Zivərbəy Əhmədbəyov küçələrinin Əlibəy Hüseynzadə küçəsi ilə kəsişmələrində işıqforların qoyulması planlaşdırılır.

Ərazi Nizami metrostansiyasına yaxın olduğundan burada piyadaların sıx hərəkəti müşahidə edilir.

Avtomobillərin xaotik hərəkətinin müşahidə edildiyi və pik saatlarda tıxacın yaşandığı digər ərazi isə Nərimanov rayonu ərazisində Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrininkəsişmələridir ki, burada da növbəliliyin işıqforlarla tənzimlənməsi və piyada zolağının çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Agentlik tərəfindən paytaxtın digər yollarında da rahat hərəkətin təşkili üçün araşdırma aparılır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol