• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrükdə islahat: 5 məmurun əvəzinə biri... – Sədr

Gömrükdə islahat: 5 məmurun əvəzinə biri... – Sədr
12.09.2018 10:59
Bu gün Dövlət Gömrük Komitəsində "Gömrük orqanlarında aparılan islahatlar və nəticələr” mövzusunda mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, bu ilin 8 aylıq yekunlarına həsr olunan tədbirdə çıxış edən Komitə sədri Səfər Mehdiyev struktur dəyişikliyindən danışıb:

"Prezidentin fərmanına uyğun olaraq, Komitənin strukturu yeniləndi. Bütün bunlar işin şəffaf və çevik təşkil olunmasına yönəldilib. Struktur dəyişikliyinin səbəbi məhz sərhəd-keçid məntəqələrində beynəlxalq standartların formalaşdırılması ilə bağlıdır. Yeni struktur dəyişikliyi ilə beş məmur əvəzinə bir gömrük məmuru gömrükdəki malları rəsmiləşdirərək başa çatdıracaq”.

Səfər Mehdiyev bildirib ki, aparılan struktur islahatları işin keyfiyyətini artırıb:

"Əvvəllər Sınıq Körpü gömrük-keçid məntəqəsindən gün ərzində 6 min insan keçirdisə, bu yay bu rəqəm 16-17 minə çatıb. Hava Nəqliyyatında Baş Gömrük İdarəsi isə hər ay gömrük-keçid məntəqələrində 1,5 milyon sərnişinə xidmət edir. Bu, rekord göstəricidir.

Qeyd edim ki, struktur dəyişikliyi Avropa standartlarına uyğun formada təşkil olunub”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabadda ev yanıb
Cəmiyyət 22:56
Cəlilabadda ev yanıb
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Cəmiyyət 21:20
Siyəzəndə iki azyaşlı su kanalına düşüb
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:12
Sabahın hava proqnozu
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Cəmiyyət 11:58
İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı 103 yaşında vəfat edib
Ağsuda qəza olub, ölən var
Cəmiyyət 09:56
Ağsuda qəza olub, ölən var
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol