• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ərini və sevgilisini öldürən QATİL QADINLAR - SİYAHI

Azərbaycanda ərini və sevgilisini öldürən QATİL QADINLAR - SİYAHI
12.09.2018 15:19
BiG.AZ saytı bu dəfə də ərini və sevgilisini öldürən qadınların bir neçəsini təqdim edir:

-2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib. 

- Masallının Qəriblər kənd sakini, 1984-cü il təvəllüdlü Gülnarə İsmayıl qızı Əzizova ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Azər Azadxan oğlu Ağayevi bıçaqla qətlə yetirib.

- Sabunçu Rayonun Ramana qəsəbəsində 1990-cı il təvəllüdlü Gülnar Mirzəyeva aralarında yaranan münaqişə zəminində əri 1984-cü il təvəllüdlü Şəmsi Babayevi bıçaqlayıb. 

32 yaşlı Ş.Babayev aldığı zərbələrdən ölüb. 

- Xaçmaz rayonun Xudat şəhərində 1988-ci il təvəllüdlü Vüsalə Mirzəyeva həyat yoldaşı Maarif Osmanovu bıçaqla qətlə yetirib.

- Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb.

Sabunçu rayon Polis İdarəsi 12-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən arvadı Nuridə tutulub.

- Quba rayonunun Susayqışlaq kəndində Gülnaz Xanəliyeva yaşadığı evində əri Zeynal Xanəliyevə baş nahiyəsindən ağac parçası ilə xəsarət yetirmiş və Z.Xanəliyev hadisə yerində ölüb. 

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində G.Xanəliyeva tutulub.

- Qəbələ rayonun Tikanlı kənd sakini Dursun Rəfiyev arvadı və qardaşı tərəfindən öldürülüb. 

Dursun Rəfiyevlə arvadı Vüsalə Məmmədşərifova arasında münaqişə baş verib.

Bu zaman V. Məmmədşərifova ərinin qardaşı Vüsal ilə birgə daşla onu vuraraq (baş nahiyəsinə) qətlə yetirib cəsədini həyətdəki sanitar qovşağına atıb.

Görülmüş tədbirlərlə D.Rəfiyevin meyiti oradan çıxarılıb.

V.Məmmədşərifova və V.Rəfiyev polis əməkdaşları tərəfindən saxlanılıb. 

- Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Sabir Qurbanovun bıçaqla qətlə yetirilən meyiti mənzilində tapılıb.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş, onunla qeyri-rəsmi nikah münasibətlərində olan Bakı şəhər sakini Yelena Maxrova tutulub.

- Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" oteldə qətl hadisəsi baş verib.

Belə ki, oteldə 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev sevgilisi 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva tərəfindən bıçaqlanaraq öldürülüb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol