• $
  • €
  • ₽
  • ₺
  • £

Diqqətli olun, kamera çəkir - Daha cərimə yazılacaq

Diqqətli olun, kamera çəkir - Daha cərimə yazılacaq
15.09.2018 12:19


Bakı şəhərində parklanma siyasətinə yenidən baxılır. Bu barədə "Qafqazinfo”ya məlumatı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev verib.

O bildirib ki, əsas məqsəd dayanaqlı proqram təminatına söykənən avtomatlaşdırılmış sistemin qurulmasıdır:

"Vətəndaşa müasir, keyfiyyətli və ən əsası şəffaf xidmətin göstərilməlidir. Qeyd edilən prinsiplərə nail olmaq üçün parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması istiqamətində ciddi iş aparılır. Prosesin yaxın vaxtlarda yekunlaşması nəzərdə tutulub. Yeni texniki vasitələrin qurulması ilə yanaşı mövcud potensialdan da istifadə edilir. Qanunsuz Parklanmaya Nəzarət Kameraları sisteminin fəaliyyəti daha təkmilləşdirilib”. 

M. Ağayevin sözlərinə görə, sistem vasitəsi ilə yollara nəzarət gücləndirilib:

"Hazırda həmin kameralar vasitəsi ilə yollarda dayanma durma qaydalarını pozan avtonəqliyyat vasitələri müəyyən edilir. İnzibati xəta törədən sürücülər barədə müvafiq tədbirlərin görülməsi üçün məlumatlar müvafiq bazada toplanılır. Artıq paytaxtın əksər küçə və prospektlərində xüsusəndə hərəkətin intensiv olduğu eyni zamanda günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda Qanunsuz Parklanmaya Nəzarət Kameraları fəaliyyət göstərir. Yollara nəzarət növbəli iş rejimdə fasiləsiz olaraq həyata keçirilir.

Bunu nəzərə alaraq bir daha sürücülərə parklama zamanı daha diqqətli olmağı, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri, digər hərəkət iştirakçılarına qarşı anlayışlı və son dərəcədə diqqətli olmağı tövsiyə edirik”.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:28
Bu ərazilərdə işıq olmayacaq
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Cəmiyyət 21:55
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 21:20
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Cəmiyyət 20:15
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Cəmiyyət 19:30
Ucarda avtomobil yol kənarındakı lövhəyə çırpılıb, sürücü xəsarət alıb
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Cəmiyyət 18:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı paylaşım
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Cəmiyyət 17:35
Dövlət Mülki Aviasiya Agentliyinə yeni sədr müavini təyin edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Cəmiyyət 17:12
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Cəmiyyət 16:52
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol