Bakıda məktəb yanır, şagird və müəllimlər təxliyyə olunub

Səbail rayonunda orta məktəbdə güclü yanğın başlayıb
Bakıda məktəbdə yanğın başlayıb.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın rayonunun 20-ci sahə qəsəbəsində Ömər Faiq Nemanzadə küçəsində yerləşən 51 saylı tam orta məktəbdə qeydə alınıb.
Yanğın zamanı məktəbdən olan şagird və müəllimlər təxliyyə edilib.
Hazırda yanğınsöndürənlər yanğının söndürülməsi istiqamətində iş aparır.
ANN.Az
Son xəbərlər 
Daha çox 























