• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı məmur və deputatların biznesmen övladları: Kimin nəyi var?

Azərbaycanlı məmur və deputatların biznesmen övladları: Kimin nəyi var?
17.09.2018 19:03

Azərbaycanda bəzi məmur övladlarının bizneslə məşğul olması, müxtəlif şirkətlərə rəhbərlik etmələri bəlli həqiqətdir.
 
Qaynarinfo xəbər verir ki, azxeber.com hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan məmur və deputat övladları ilə bağlı araşdırma aparıb.
 
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov gənc olsa da, uzun müddətdir biznes fəaliyyəti ilə məşğul olur. 33 yaşlı nazir oğlu Londonda İqtisadiyyat Məktəbinin beynəlxalq əlaqələr və tarix fakültəsində təhsil alıb.

 
Bir müddət öncə fəaliyyəti dayandırıldığı barədə məlumatlar yayılan Avropa Azərbaycan Cəmiyyətinin sədri olan T.Heydərov 2011-ci ildə Bakıda özəl Avropa Azərbaycan Məktəbinin əsasını qoyub. Onun rəhbəri olduğu «United Enterprises International» şirkətlər qrupuna onlarla iri müəssisə daxildir. Bu sırada qida, tikinti, istehsalat, satış, dağıtım şirkətləri, o cümlədən "TEAS-Press” Nəşriyyat evi, Beynəlxalq Film Şirkəti və s. daxildir. Tale Heydərov həmçinin "Qəbələ” idman klubunun prezidentidir.
 
Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov2014-cü ilin yanvarında yaradılmış "Baku Grand Prix” şirkətinin də rəhbəridir. Yeri gəlmişkən bu şirkət Bakıda keçirilən - "Formula-1″in "Qran Pri” yarışının əsas təşkilatçılarından biridir.

 
Səhiyyə naziri Oqtay Şirəliyevin oğlu Murad Şirəliyev Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr müavinidir. Uzun müddətdir bank sektorunda çalışan nazir oğlunun bu sahədə yardımçı fəaliyyəti həyata keçirən şirkətə sahib olduğu iddia olunur.

 
Milli Məclisin deputatı Əsabil Qasımovun oğlu Taleh Qasımovölkəmizin aparıcı şirkətlərindən olan – "Karat Holdinq”ə rəhbərlik edir. Vaxtilə atası tərəfindən yaradılmış şirkət "Karmen” markası adı altında un və makaron istehsalı və satışı, eyni zamanda inşaat işləri ilə məşğuldur.
 
Milli Məclisin digər deputatı Elmira Axundovanın oğlu Həbib Axundov da biznesmendir. Adı müxtəlif qalmaqallarda hallanan Həbib Axundov fərqli biznes sahələri ilə məşğuldur. Bir neçə ay öncəyə qədər paytaxtdakı böyük supermarketlər şəbəkəsinin ortqalarından idi.
 
Milli Məclisin deputatı Mahir Aslanovun oğlu Məhəmmədəli Aslanov bir müddət bank sektorunda yüksək vəzifələr tutsa da, hazırda biznes fəaliyyəti ilə məşğuldur. Müxtəlif profilli şirkətlərə rəhbərlik edən deputat oğlunun nəzarətində mebel dükanları, otel və sağlamlıq mərkəzi var.
 
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov, Baş nazirin sabiq müavini Abbas Abbasovun oğlu Aydın Abbasov da sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Cəmiyyət 11:43
Qarabağın bərpasına 2027-ci ildə 3,4 milyard manat ayrılacaq
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 11:29
Bakıda yaşayış binasında yanğın başlayıb
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
Cəmiyyət 11:16
2027-ci ildə dəfn müavinətinin orta məbləği artırıla bilər
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
Cəmiyyət 11:09
İcbari tibbi sığortaya ayrılan vəsaitin həcmi artırılır
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
Cəmiyyət 11:02
2027-ci ildə ərzaqlıq buğda ilə özünütəminetmə tədbirlərinə 30,4 milyon manat ayrılacaq
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Cəmiyyət 11:00
2027-ci ildə hərbçilərin mənzil təminatına ayrılan vəsait 41,2% azaldılır
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Cəmiyyət 10:39
Ədliyyə Nazirliyi: Bələdiyyələrə saxta zənglər edərək müxtəlif ödənişlər tələb olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol