• $
  • €
  • ₽
  • ₺
  • £

Elgiz Əkbəri avtobusa minməyə peşiman etdilər – VİDEO

Elgiz Əkbəri avtobusa minməyə peşiman etdilər – VİDEO
17.09.2018 23:17


"Həvəslə avtobusa mindim, burnumdan gətirdilər".

 ARB TV-nin "Pəncərə" verilişinin qonağı olan aparıcı Elgiz Əkbər avtobus macəralarından danışıb.

Uzun illər avtobusda getmədiyini bildirən məşhur aparıcı, uzun müddət sonra bu nəqliyyat vasitəsindən istifadə edərkən insanların şübhəli baxışları, qulağı eşidə-eşidə onların dediyi sözlərə çox pis olub:


"Mən niyə avtobusa minməyim ki? Avtobusa da minə bilərəm, metroya da düşə bilərəm. Söhbətləri eşidirəm, bütün avtobus bilir ki, Elgiz avtobusdadır. İndi qadın yanındakına deyir ki, "az bu nə gündədir ki, avtobusda gedir? Bunun maşını yoxdur görəsən?"... O biri də deyir ki, "niyə yoxdur? Var. Onların hər şeyi var. Özlərini göstərirlər". Ay balam avtobusa minib mən niyə özümü göstərim? Vecimə də almadım. Üzümdə belə bir ifadə var idi ki, heç eşitmirəm, görmürəm"

Elgiz Əkbər bundan sonra yenə avtobusa mindiyini bildirib:

"Bu o demək deyil ki, mən avtobusa minməyəcəm. O hadisədən sonra da avtobusda getmişəm. İnsanların aqressiyasını mən orada gördüm. Biz bir-birimizə qarşı kəmhövsələlik nümayiş etdiririk. Birimizin sözü digərimizin boğazından keçmir. Əşşi, avtobusda sıxlıqdır. Biri deyir bu tərəfə dur. Bir az o tərəfə keçsən nə olar? Yaxud, əlimdə çanta var. Keçəndə dəydi kiminsə ayağına. Dünyanın axırıdır bəyəm? Burada nə var ki? O adamı "korsan? Görmürsən?" deyib acılamaq nəyə lazımdır?. O elə görmədiyindən oldu da".
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol