• $
  • €
  • ₽
  • ₺
  • £

Müğənnilər Məhərrəmlikdə hardan qazanacaqlar? - AÇIQLAMA

Müğənnilər Məhərrəmlikdə hardan qazanacaqlar? - AÇIQLAMA
18.09.2018 07:34
Artıq 6 gündür ki, Məhərrəm ayı başlayıb.

Anews.az kommersant.az-a istinadla xəbər verir ki, Məhərrəmlik müsəlman aləmində matəm ayı hesab olunduğu üçün, əksər insanlar toyu bu aydan sonrakı təqvimlərə keçirirlər. Bu isə çörəyi toydan çıxan müğənnilərin büdcəsinə əlbəttə ki, təsirsiz ötüşmür.

Bəs Azərbaycan mədəniyyətinə töhvəsini vermiş müğənnilər Məhərrəmlikdə nə edirlər?

Xalq artisti Flora Kərimova redaksiyamıza açıqlamasında bildirib ki, Məhərrəm ayında heç vaxt toya getməyib:

"Torpağımda olmayan bir hadisəyə görə ağlayım, özümü öldürüm? 40 günü matəmdə keçirəsən, nəyin xatirinə? 40 gün ağlasığmazdır. Məhərrəmliyi elə günə salıblar ki, əndazəni keçiblər. 14 əsr bundan əvvəl hakimiyyətə gəlmək üçün törədilən qırğına dindarlar insanları istismar etmək üçün din forması veriblər. Dinlə insanın şüurunu istismar etmək çox asandır. Mollalar məsciddə həyat yoldaşı olmayan qadınlara halaldı deyə təcavüz edirlər. Məhərrəmlikdə toya dəvət alsam, gedərəm. Çünki o ənənəni qırmaq lazımdır. Türkiyədə 7 gün Məhərrəmliyə hörmət edirlər. Qətl günündən başqa, digər günlərdə müğənnilər toya getsinlər. Xocalı faciəsi ərəfəsində getsə idilər, mən inciyərdim. Mənə maddi dəstəyi qızım və oğlum göstərir. Mən toylardan asılı deyiləm. Toylardan asılı olan müğənniləri isə başa düşürəm. Həyat bitməyib".

Xalq artisti Alim Qasımov isə toylara onsuz da çox getmədiyini bildirib:

"Yalnız dost-tanışların toyuna gedirəm. Məhərrəmlikdə heç vaxt toya getməmişəm. Allah ruzini yetirir".

Xalq artisti Faiq Ağayev 30 ilə yaxındır ki, Məhərrəm ayını studiya işlərinə həsr edir:

"Məhərrəm ayında əksər bölgələrdə toy keçirilmədiyi üçün təkliflər də olmur. Oxumaqdan əlavə qazancım yoxdur. Bu müddət ərzində səhnə ilə bağlı (dövlət tədbirləri, şirkətlərin təşkil etdiyi tədbirlər) çox az təkliflər olur. Həmin tədbirlərdə iştirak edirəm".

Əməkdar artist Baloğlan Əşrəfov isə "Kommersant.az"a açıqlamasında bildirib ki, Məhərrəmlikdə toya dəvət edilsə, getməz:

"1971-ci ildən etibarən toylara gedirəm. Cənub bölgəsində Məhərrəmlikdə toy keçirilmir. Digər yerlərdə keçirilsə də, qəbul etməmişik. Ramazan və Məhərrəm aylarında hökumətdən qonarar alırıq. 40 ildən çoxdur ki, özümü təmin edirəm. Sentyabrın 18-də kəndə gedib, ehsan verəcəm".

Əməkdar artist Tünzalə Ağayevanın meneceri, Yalçın Cabbarov isə bildirib ki, Tünzalə xanım hazırda bəstələri ilə məşğuldur, əsərləri üzərində işləyir:

"Tünzalə xanım dinimizə hörmət əlaməti olaraq Məhərrəmlikdə toya getmir. Onun çevrəsi bu ayda məclis keçirmir, biz toya dəvət də almamışıq. Ruzi Allahdandır, ruzini 1 günə də qazanmaq olar. Tünzalə Ağayeva "Menar Azərbaycan" Uşaqların İnkişaf Mərkəzinin sahibidir. Biz onu kiçik biznes hesab edirik".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol