Bakının mərkəzində 3 avtobus bir-birinə çırpıldı

Bakının mərkəzində ictimai nəqliyyat vasitələrinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə Şeyx Şamil küçəsində - İçərişəhər metrosu yaxınlığında qeydə alınıb.
Hadisə nəticəsində 6 saylı "BakuBus", 59 və 77 saylı avtobuslar bir-birinə çırpılıb. Qəzada 77 saylı marşrutun ön hissəsi və şüşələri, 59 saylı avtobusun ön və arxa hissəsi və 6 saylı avtobusun arxa hissəsi əzilib.
Sürücülər qəzanın səbəbini gecə yağan yağışdan sonra yolun sürüşkən olması ilə əlaqələndiriblər. Hadisə şahidləri isə isə qəzaya yüksək sürətin səbəb olduğunu bildirirlər.
www.anews.az
























