• $
  • €
  • ₽
  • ₺
  • £

Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar

Fikrət Qocanın oğlunun qatili ilə bağlı – Son qərar
18.09.2018 10:43
Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi öldürməkdə təqsirli bilinən Elnur Nəhmətovun barəsində olan hökmdən prokuror tərəfindən verilən kassasiya protesti və müdafiəçi tərəfindən verilən kassasiya şikayətinə baxılıb.

Axar.az xəbər verir ki, Ali Məhkəmədə hakim İnqilab Nəsirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, prokurorun Elnur Nəhmətovun barəsində olan cəzanın ağırlaşdırılması ilə bağlı protesti təmin edilməyib.

Həmçinin, Elnur Nəhmətovun vəkilinin də şikayəti təmin olunmayıb.

Elnur Nəhmətovun vəkili kassasiya şikayətində qeyd edib ki, müvəkkilinin əməlində Cinayət Məcəlləsinin 124.1 və 221.2.1-ci maddələrinin tərkibi yoxdur, həmin maddələr üzrə ona bəraət verilməlidir.

Xatırladaq ki, Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun apelyasiya protesti və təqsirləndirilən şəxslərin vəkillərinin apelyasiya şikayətlərinin heç biri təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror təqsirləndirilən Elnur Nəhmətovun cəzasının ağırlaşdırılmasını istəyib.

Həmçinin, təqsirləndirilən şəxslər də cəzadan narazı qalıblar. Elnur Nəhmətov cəzasının daha yüngül cəza ilə əvəz edilməsini, digər təqsirləndirilən şəxslər isə barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Nəhmətov 5 il, Pərviz Hüseynov 2 il, Ruslan Məmmədov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, Elnur Nəhmətovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi məcəllənin 124-cü maddəsinə (ehtiyatsızlıqdan adam öldürmə) tövsif edilib.

Qeyd edək ki, prokuror Elnur Nəhmətovun 19 il, Pərviz Hüseynovun 3 il, Ruslan Məmmədovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

İttihama görə, ötən il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranları Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Yalçın Qocayev hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Yalçın Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində Elnur Nəhmətov tərəfindən döyülərək öldürüldüyü müəyyən edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol