• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ailə institutunun çağdaş problemləri gündəmə gətirilib

Azərbaycanda ailə institutunun çağdaş problemləri gündəmə gətirilib
19.09.2018 09:48
"Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masa keçirilib

Azərbaycan tarixən güclü, bir çox dünya ölkələrinə nümunə ola biləcək ailə dəyərlərinə sahib olub. Ancaq müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib.

Bu fikirləri "Qadın Liderliyi Uğrunda" İctimai Birliyin sədri Ülkər Abdullayeva "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsi çərçivəsində keçirilən "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda Dəyirmi Masada səsləndirib. Onun sözlərinə görə, son illərin statistikasını izləyərkən məlum olur ki, ölkəmizdə nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır. Hadisələrin bu cür inkişafı informasiya dövrünün özü ilə gətirdiyi reallıqdır. Lakin bu, klassik ailə modellərinin sıradan çıxmasına və dolayısı ilə ailə institutunun sarsılmasına səbəb olur.

Abdullayeva bildirib ki, problemin aktuallığını nəzərə alaraq, rəhbərlik etdiyi təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsini həyata keçirir. Dəyirmi Masanı keçirməkdə də məqsəd ölkə ictimaiyyətinin diqqəyini cəmiyyətin vacib problemlərindən biri olan ailələrin hazırkı vəziyyətinə yönəltməkdir. Layihə rəhbəri ailələrin dağılma səbəblərindən tutmuş uşaqlara alimentin ödənilməməsinə, ailədaxili zorakılıqları qədər ətraflı bəhs edib.

Tədbirdə çıxış edən millət vəkili Fazil Mustafa Azərbaycan ailələrində xeyli problemlərin olduğunu, onların üzərinə getməyin vacibliyini diqqətə çatdırıb. Millət vəkili iqtisadi cəhətdən təmin olunmamış qadınların ailələrdə böyük çətinliklərlə üzləşdiyinə diqqət çəkib. O, ailədə kişilərin üstünlük hüququ anlayışının kökündən yanlış olduğunu, ailələrin çoxunda əsəbi mühitin hökm sürdüyünü vurğulayıb. Deputat ailədəki problemlərin daha ciddi nəticələrə gətirib çıxarmaması üçün sivil boşanmanın daha uyğun çıxış yolu olduğunu diqqətə çatdırıb. Millət vəkili dövlətin ailələrlə bağlı sistemli addımlar atması lazım gəldiyini, qanunvericiliyə müvafiq əlavələrin edilməsinin vacibliyini, aliment fondunun yaradılması zəruriliyini qeyd edib.

Sabiq millət vəkili Gülər Əhmədova, tanınmış yazar Sevinc Fədai, ""Güzəran" Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimli, psixoloqlar Zeynəb Əyyubova, Aytən Ələkbərova, tanınmış jurnalistlər Rumiyyə Miraslan, İradə Cəlil, Sevda Əsgər, "Yeni Təfəkkür" qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyə Kərimova, tanınmış pedaqoqlar Südabə Səfixanova, Vəfa Rəhimova, "Təmiz Dünya" Qadınlara yardım İctimai Birliyinin fəal əməkdaşı Şəhla Hüseynova, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət və digər tədbir iştirakçıları mövzu ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol