• $
  • €
  • ₽
  • ₺
  • £

İlahiyyat İnstitutunda yeni təyinatlar oldu - SİYAHI

İlahiyyat İnstitutunda yeni təyinatlar oldu - SİYAHI
19.09.2018 11:28
2018-2019-cu tədris ilində yeni fəaliyyətə başlayan Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) dekan və kafedra müdirləri ilə bağlı təyinatlar olub.

İnstitutdan Unikal.org-a verilən məlumata görə, fəlsəfə üzrə fəlsəfə doktoru Mürsəlov Mirniyaz Mürsəl oğlu İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru Tağıyev Kövsər Yusif oğlu İlahiyyat fakültəsinin dekan müavini, dosent Əzizova Elnurə Akif qızı Dinşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Niyazov Əhməd Seyful oğlu İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əlimuradov İlkin Ənvər oğlu isə Dillər kafedrasının müdiri vəzifəsinə təyin ediliblər.

Qeyd edək ki, fəlsəfə üzrə fəlsəfə doktoru Mürsəlov Mirniyaz Mürsəl oğlu 31 mart 1978-ci ildə Biləsuvar rayonu İsmətli kəndində anadan olub. Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsini bitirən M.Mürsəlov bu təyinata qədər BDU-nun İlahiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışıb, ərəb, rus və türk dillərini bilir.

İlahiyyat üzrə fəlsəfə doktoru Kövsər Tağıyev1985-ci ilin iyun ayının 1-də Laçın rayonunun Alxaslı kəndində anadan olub. BDU-nun İlahiyyat fakültəsini bitirib. K.Tağıyev yeni təyinata qədər İlahiyyat fakültəsinin müəllimi vəzifəsində çalışıb, ingilis, ərəb və türk dillərini bilir.

Dosent Elnurə Əzizova 1977-ci il 26 oktyabr tarixində Neftçala rayonunda anadan olub. 1999-cu ildə BDU-nun İlahiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə BDU Tarix fakültəsindən tarixçi ixtisası ilə məzun olan E.Əzizova bu təyinata qədər BDU İlahiyyat fakültəsində müəllim vəzifəsində çalışıb. Türk, ingilis, ərəb və rus dillərini bilir.

İlahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov 1973-cu ilin iyul ayının 23-də Saatlı rayonu Smadakənd kəndində anadan olub. BDU-nun İlahiyyat fakültəsinin məzunu olan Ə.Niyazov yeni təyinata qədər Qaradəniz Texniki Universiteti İlahiyyat Fakültəsində İslam Hüququ ixtisası üzrə fənlərin tədrisi ilə məşğul olub, ərəb, fars və rus dillərini bilir.

Fəlsəfə üzrə fəlsəfə doktoru İlkin Əlimuradov 1979-cu il avqust ayının 23-də Quba rayonunun İspik kəndində anadan olub. İraq Universitetinin Ərəb dili və Quran elmləri fakültəsində ərəb filologiyası ixtisası üzrə məzun olan İ.Əlmuradov bu təyinata qədər BDU-da müəllim, AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsində isə aparıcı elmi işçi vəzifəsində çalışıb. Ərəb, rus və fars dillərini bilir.

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm, informatika və digər s. sosial, humanitar elmlərin tədris olunacağı institutda müxtəlif ölkələrin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanılması nəzərdə tutulub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol