• $
  • €
  • ₽
  • ₺
  • £

Etimad İsmayılovla Sevil Nuriyevanın böyük sevgi hekayəsi: 42 il...

Etimad İsmayılovla Sevil Nuriyevanın böyük sevgi hekayəsi: 42 il...
20.09.2018 14:52
Xəbər verdiyimiz kimi, ötən gün tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı Etimad İsmayılov İstanbulda ofisində qətlə yetirilib.
 
Anews.az xəbər verir ki, qafqazinfo E. İsmayılov haqda bəzi məlumatları araşdırıb. 

E. İsmayılov 1969-cu il iyunun 22-də anadan olub. S. Nuriyeva ilə 2011-ci ildə ailə həyatı qurub. Dostları onların böyük sevgi hekayələrinin olduğunu bildirib.

Cütlüyün qovuşması da asan olmayıb. Belə ki, S. Nuriyeva  ilə E. İsmayılov  gənc yaşlarından bir-birini seviblər. Ancaq ailələr arasındakı anlaşılmazlığa görə qovuşa bilməyiblər. Böyük bir eşq yaşayan Nuriyeva ilə İsmayılov bir müddət, hətta ayrılıq qərarı alıblar. 

Daha sonra 2008- ci ildə E. İsmayılov həbs edilib. Belə ki,  o, Bakıdan Moskvaya qayıdarkən hava limanında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Çelyabinskə aparılıb. E. İsmayılov qanunsuz şəkildə həbs edildiyini bildirmişdi. Hüquqi müstəvidə apardığı mübarizədən sonra 2011-ci ildə Rusiyaya buraxılmamaq şərtiylə azadlığa çıxmışdı.

42 yaşında evlənən E. İsmaylov ailə həyatı qurduqdan sonra S. Nuriyeva ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. Onların 2014- cü ildə İlyas (Etimad İsmayılovun atası İlyas İsmayılovun adını daşıyır) adlı oğlanları dünyaya gəlib. 

S. Nuriyeva ailəsi haqda danışmağı, şəkil paylaşmağı sevmirdi. Amma bu ilin iyun 22-də  həyat yoldaşını ad günü münasibətilə təbrik edərək ona olan hisslərini sosial şəbəkədə bölüşmüşdü. 

O, E. İsmayılovu mərd və gözəl qəlbli insan adlandırıb: " Bir az çətin biridir. Amma bir o qədər də qəlbi yumşaq və sevgi dolu. Sonsuza qədər inanılacaq dost, yol yoldaşı və ərdir. O sosial şəbəkədən istifadə etmir. Bu şəbəkələrə də əsəbiləşir. Şəkil çəkdirməyi də xoşlamır. Hansısa önəmli adamlarla şəkil çəkdirib və onu  paylaşıb hava atanları da qeyri-səmimi adlandırır. Belə bir adamdır. Mübarizəsi olan, mübarizənin nə demək olduğunu anlayan adamdır. Ad günün mübarək. Allah səni hər iki dünyada bəxtiyar etsin”.

Onu da bildirək ki, Türkiyədə biznes fəaliyyəti ilə məşğul olan E. İsmayılov atasının rəhbəri olduğu Ədalət Partiyası ilə də əlaqələrini kəsməyib. O, partiya sədrinin xarici əlaqələr üzrə müavini vəzifəsini tutub.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol